“Pulsuz avtobuslar paytaxtın əksər ərazilərində təmin olunmalıdır” - Fazil Mustafa

Paytaxtda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatllar (xüsusi avtobus) istifadəyə verilib. Bildirilib ki, yeni şatllardan biri - C1 nömrəli mikroavtobus Xaqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus isə Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirir.
Mövzu ilə bağlı danışan Milli Məclisin komitə sədri Fazil Mustafa bildirdi ki, əslində bu avtobusların əksər yerlərdə təmin olunması vacibdir:
"Çünki əlçatanlıq məsələsi bu gün həm vətəndaşlar, həm də fəaliyyət göstərən müəssisələr üçün ciddi problemlər yaradır. Nəqliyyat bağlantısının kifayət qədər rahat olmaması bir tərəfdən həmin müəssisələrin normal fəaliyyətinə mənfi təsir göstərir, digər tərəfdən isə müştərilərin sərbəst və rahat şəkildə giriş-çıxış etməsinə mane olur. Nəticədə həm xidmət keyfiyyəti, həm də ümumi iş prosesində müəyyən çətinliklər meydana çıxır".
Deputatın fikrincə, məsələ üzərində bir qədər daha ətraflı düşünməyə ehtiyac var:
"Çünki bu problem yalnız ayrı-ayrı obyektləri deyil, bütövlükdə şəhərin nəqliyyat axınını, xidmət sektorunun fəaliyyətini və vətəndaşların gündəlik rahatlığını da əhatə edir. Üstəlik, söhbət yalnız şəhərin mərkəzində yerləşən küçələrdən getmir. Böyük ehtimalla bu cür tətbiqlər gələcəkdə mərhələli şəkildə digər əraziləri də əhatə edəcək"./redaktor.az
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












