Qatardan kimlər pulsuz istifadə edə bilər? - RƏSMİ CAVAB

Dəmir yolu nəqliyyatı sərnişinlər üçün rahat və əlçatan alternativlərdən biri hesab olunur. Lakin səfərlərin qiyməti, xüsusilə müntəzəm olaraq qatarlardan istifadə edənlər, tələbələr və ailələr üçün mühüm məsələlərdən biridir.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, sərnişinlərin daha sərfəli qiymətlərlə səyahət etməsi, müxtəlif sosial qruplar üçün güzəştlərin tətbiqi və müəyyən kateqoriyadan olan şəxslərin ödənişsiz daşınması məsələsi aktuallığını qoruyur.
Bəs "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu istiqamətdə hansı imkanları nəzərdən keçirir?
Mövzu ilə bağlı QSC-dən bildirilib ki, ADY sərnişin daşımalarının əlçatanlığını təmin etmək məqsədilə müxtəlif kateqoriyadan olan sərnişinlər üçün müəyyən edilmiş tarif və daşınma qaydalarını tətbiq edir:
"Hazırda uşaqlarla səyahət zamanı aşağıdakı güzəştlər nəzərdə tutulur:
5 yaşadək uşaqlar - müəyyən edilmiş daşıma şərtlərinə uyğun olaraq ödənişsiz səyahət edə bilirlər;
5-10 yaş arası uşaqlar - uşaq tarifi əsasında səyahət edirlər.
"Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, 2026-2030-cu illərdə turistlər üçün gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı təkliflərinin yaradılması nəzərdə tutulur. Bununla əlaqədar beynəlxalq təcrübə araşdırılır".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












