Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ - Sürətlə bahalaşır

Son dövrlər qızılın qiymətində qeyri-müəyyənlik hökm sürür. Qiymətli metalın qiymətində gah kəskin bahalaşma, gah da kəskin ucuzlaşma baş verir. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,5 faiz artaraq 5 202,24 ABŞ dollarına bərabər olub. Halbuki bir müddət əvvəl qızılın qiymətində kəskin ucuzlaşma baş vermişdi. Belə ki, unsiyası 5600 dollara çatan qızılın qiyməti sonradan 4700 dollara qədər ucuzlaşmışdı. İndi isə qiymət yenidən sürətlə bahalaşır.
Görəsən, qızılın qiymətilə bağlı bu qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Bizim.Media"ya açıqlamasında maliyyə-bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, qiymətli metal ətrafında baş verən qeyri-müəyyənlik cari ilin sonuna qədər davam edəcək:
“Həftəlik, aylıq deyil, illik perspektivdə baxsaq görərik ki, qızılın qiyməti daim artacaq. Yəni hər il ötən ilə nisbətən qızılın qiyməti ancaq bahalaşır. Son vaxtlar qiymət bir ay ərzində birdən-birə xeyli bahalaşdı, sonra isə bir qədər eniş baş verdi. Amma bütün hallarda illik nəticədə qızılın qiyməti qalxdı. Anoloji proses davam edəcək”.
Müsahibimiz qeyd edir ki, əslində qızıl bahalaşmır, dünyadakı kağız pullar ucuzlaşır:
“Bu isə daimi və qaçılmaz bir tendensiyadır. Çünki dünyada qızılın miqdarı məhduddur. Kağız pulu isə nə qədər istəsən, çap edirlər. Bu halda təbii ki, qızılın qiyməti qalxacaq. Mövcud tendensiya ilboyu davam edəcək. Ola bilər, hansısa ayda qiymətdə ucuzlaşma baş versin. Nəticədə ola bilsin, ilin sonunda ilin əvvəlindəki kimi artım olmasın. Amma yenə də əvvəlki illə müqayisədə artım olacaq”.
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA












