Qızıl bazarında ucuzlaşma var - VİDEO

Ötən aylarla müqayisədə qızılın qiymətində ucuzlaşma müşahidə olunur. Qızılın bir qramı təxminən 60 manat ucuzlaşıb.
Avtosfer.az Xəzər TV-yə istinadən xəbər verir ki, qızıl satışı ilə məşğul olanlar deyirlər ki, hazırda ən çox tələbat Türkiyə istehsalı olan məhsullaradır. Sözügedən qızılların bir qramı 175 manata satılır.
Qızılın alış qiymətində də ucuzlaşma müşahidə olunur. Əgər bir müddət əvvəl qramı 170 manata alınan qızıl hazırda 130 manata təklif edilir. Gümüşün qiymətində də enmə var.
Mütəxəssislərin sözlərinə görə, son günlər qiymətli metalların qiymətində müşahidə olunan azalmanın bir neçə səbəbi var. Bunlardan əsasları enerji qiymətlərinin artması, neftin bahalaşması, bu fonda inflyasiyanın davam etməsi, eləcə də dollara marağın yüksəlməsidir.
Ekspert Rəşad Həsənovun fikrincə, növbəti dövrlər üçün qiymətli metallar bazarında sabit qiymət proqnozu vermək doğru deyil. Bu istiqamətdə dəqiq çərçivənin olmaması gözləntilərin müəyyənləşdirilməsi və idarə olunması baxımından çətinlik yaradır. Bu isə hələlik qiymətli metallar, o cümlədən qızıl və gümüş bazarında qiymət dinamikasının dəyişəcəyi ilə bağlı gözləntiləri artırır.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












