Quru sərhədlərlə bağlı əhaliyə ŞAD XƏBƏR - Xüsusi marşrutların tətbiqi ...

Azərbaycanın quru sərhədlərinin uzun müddətdir bağlı qalması cəmiyyətdə müzakirələri davam etdirir. Xüsusilə, xaricə səfər edən vətəndaşların artan xərcləri fonunda sərhədlərin açılması və ya alternativ mexanizmlərin tətbiqi məsələsi yenidən gündəmə gəlib.
Maraqlıdır, quru sərhədlər tam açılmadan əvvəl xüsusi marşrutların tətbiqi real variant kimi nəzərdən keçirilə bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, artıq 6 ildir Azərbaycanda quru sərhədlərin bağlı qalması ictimai narazılıq doğuran əsas məsələlərdən birinə çevrilib.
Onun sözlərinə görə, bu vəziyyət xüsusilə xaricə gedən vətəndaşların əlavə maliyyə xərcləri ilə üzləşməsinə səbəb olur.
“Azərbaycan nadir ölkələrdəndir ki, quru sərhədləri hələ də bağlı qalır. Karantin rejiminin uzadılması əsasən koronavirusla əsaslandırılsa da, artıq cəmiyyətdə bu arqument əvvəlki təsirini itirib və insanlar bunu ciddi qəbul etmir. Əvvəllər təhlükəsizlik amili əsas səbəblərdən biri kimi göstərilirdi, lakin hazırkı mərhələdə bu risklər də əvvəlki qədər aktual görünmür”.
Cavanşir Abbaslının fikrincə, quru sərhədlərin tam və sürətli şəkildə açılması risk hesab edilərsə, mərhələli keçid variantı kimi xüsusi marşrutların tətbiqi real alternativ ola bilər. O, hesab edir ki, hakimiyyət bu istiqamətdə addımlar ata və məhdud marşrutlar vasitəsilə gediş-gəlişi tənzimləyə bilər.
Ekspert əlavə edib ki, yaxın aylarda quru sərhədlərin tam açılması real görünmür:
“Yaya qədər sərhədlərin açılacağını düşünmürəm. Proses gələn ilə qədər də uzana bilər. Qarşıda duran milli məsələlər tam həll olunandan sonra sərhədlərin bağlı qalmasına ehtiyac qalmayacaq”.
Ekspertin qənaətinə görə, xüsusi marşrutların tətbiqi yaxın dövrdə müzakirəyə çıxarıla və bu istiqamətdə müsbət qərar qəbul oluna bilər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












