Regionlarda qar başladı: Bakıya da yağacaq? - AÇIQLAMA

Aprel ayı olmasına rəğmən, Azərbaycanın bir sıra bölgələrinə qar yağır. Paralel olaraq Bakıda güclü yağış müşahidə edilir.
Yaz aylarında qarın yağmasının səbəbi nədir? Apreldə Bakıya da qar yağa bilərmi?
Avtosfer.az xəbər verir ki, ekoloq alim Telman Zeynalov "Globalinfo"ya açıqlamasında yaxın günlərdə Bakıya qar yağmayacağını bildirib.
“Yer kürəsi öz oxunu 8 santimetr dəyişdirir. Bu da o deməkdir ki, iqlim qurşaqları tədricən yerlərini dəyişir. Belə olduqda yay ayları sentyabr-oktyabra keçir, qış isə bir qədər uzanır. Yəni təxminən bir aya yaxın temperatur dəyişiklikləri baş verir. Ona görə də iqlim daim belə dəyişkən olur”, - o deyib.
Ekoloq onu da əlavə edib ki, son dövrlərdə şimal tərəfdə buz dağları əriyir:
“Orada istilik artır, amma bəzi ərazilərdə hava soyuyur. İqlimdə baş verən dəyişikliklər havanın soyumasına gətirib çıxarır. Belə bir vəziyyətdə qarın təxminən aprelin sonuna qədər davam etməsi mümkündür: Amma ola bilsin, yağmasın, çünki iqlim istiqamətini dəyişdirir. May ayında isə havanın sərin keçəcəyi gözlənilir”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












