Rusiyada miqrantlar buna məcbur ediləcək

Rusiyaya uzun müddətə, o cümlədən əmək fəaliyyəti üçün gələn xarici vətəndaşların mobil telefon alması məcburi edilə bilər. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin iclasında Rusiya daxili işlər nazirinin müavini İqor Zubov məlumat verib. Məlumata görə, mobil cihaz ölkədə xarici vətəndaşların qalmasına nəzarət sisteminin bir hissəsi olacaq. Zubov dəqiqləşdirib ki, bu tədbir xüsusilə işləmək və ya uzun müddət qalmaq üçün gələn miqrantlara aid olacaq. Onun sözlərinə görə, telefonda miqrantın elektron profili yerləşdiriləcək və DİN həmin profil vasitəsilə onun yerləşdiyi əraziyə nəzarət edə biləcək.
"Bu, onun bir yaşayış məntəqəsindən digərinə nəzarətsiz keçməsinə, qalma yerini dəyişməsinə imkan verməyəcək", - deyə Zubov bildirib.
O, həmçinin qeyd edib ki, belə telefonların olması miqrasiya qeydiyyatı məsələlərində xarici vətəndaşlarla əlaqə yaratmağa imkan verəcək. Xüsusilə, həmin vasitə ilə sənədlərin qüvvədə olma müddətinin yaxınlaşan sonu və ya dövlət orqanlarına müraciət zərurəti barədə bildiriş göndərmək mümkün olacaq.
İyulun 10-da Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib ki, DİN əməkdaşları, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və Rosfinmonitorinq miqrasiya sahəsində 60 200 hüquq pozuntusunun qarşısını alıb. Nəticədə ölkədən 14 600 xarici vətəndaş çıxarılıb. Qurumlar xarici vətəndaşları qanunsuz şəkildə işə cəlb edən 10 400 işəgötürəni məsuliyyətə cəlb edib. 29 300 miqrantın ölkəyə girişinə icazə verilməməsi barədə qərar qəbul olunub. Bundan əlavə, bu sahə üzrə 2 000 cinayət işi başlanıb. Əməliyyat zamanı axtarışda olan 301 nəfər də müəyyən edilib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












