Sabiq baş nazirə vəzifə verilə bilər - FOTO

Macarıstanın keçmiş baş naziri Viktor Orban BMT-də yüksək vəzifə tuta bilər.
Avtosfer.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, jurnalist araşdırmaları layihəsi olan "Vsquare”ın məlumatına görə, bu təşəbbüs ABŞ-dakı MAGA hərəkatına yaxın siyasi dairələr tərəfindən dəstəklənir və məqsəd Orbana vətənində mümkün korrupsiya ittihamları ilə bağlı təqiblərdən siyasi müdafiə təmin etməkdir.
Nəşr yazır ki, diplomatik dairələrdəki bir neçə xarici və macar mənbə belə bir ssenarinin müzakirə olunduğunu təsdiqləyib. Bildirilir ki, əsas məsələ konkret vəzifədən daha çox həmin postun Orbana verə biləcəyi hüquqi müdafiə səviyyəsidir.
Müəlliflər vurğulayırlar ki, BMT sistemində müxtəlif vəzifələr fərqli immunitet dərəcələri nəzərdə tutur. Bəzi postlar yalnız xidməti fəaliyyətlə bağlı məhdud immunitet təmin etdiyi halda, ən yüksək vəzifələr faktiki olaraq tam diplomatik toxunulmazlıq verir.
Jurnalistlər qeyd edirlər ki, BMT-nin 1946-cı il tarixli İmtiyazlar və İmmunitetlər Konvensiyasına əsasən, tam diplomatik immunitet yalnız təşkilatın ən yüksək vəzifəli şəxslərinə şamil edilir. Onların statusu xarici səfirlərin statusuna bərabər tutulur və bu, həm onların, həm də ailə üzvlərinin cinayət təqibindən qorunmasını nəzərdə tutur.
Daha aşağı vəzifələrdə çalışan şəxslər isə yalnız xidməti vəzifələrinin icrası çərçivəsində funksional immunitetə malik olurlar.
"Vsquare”ın məlumatına görə, belə bir ssenarini dəstəkləyə biləcək şəxslər arasında ABŞ rəhbərliyi ilə yanaşı, Argentina prezidenti Xavyer Miley də ola bilər. O, daha əvvəl seçkilər öncəsi Viktor Orbana açıq dəstək ifadə etmişdi.
Məqalədə həmçinin qeyd olunur ki, BMT-nin yeni baş katibinin seçilməsi prosesi artıq faktiki olaraq başlayıb. Hazırda əsas favorit Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri olan argentinalı Rafael Qrossi hesab edilir.
Bununla belə, nəşr vurğulayır ki, təsvir olunan ssenari hələ ilkin müzakirə mərhələsindədir və onun reallaşacağına dair hər hansı zəmanət yoxdur.
Bundan əvvəl Viktor Orban parlamentin yeni çağırışında deputat mandatından imtina edəcəyini açıqlamış və bunu "hazırda parlamentdə deyil, milli düşərgənin yenidən təşkilində lazım olması” ilə əsaslandırmışdı.
Eyni zamanda jurnalist Sabolç Panyi mənbələrə istinadən bildirmişdi ki, baş nazir vəzifəsindən ayrıldıqdan sonra Orban ABŞ-a köçə bilər. İddialara görə, onun bəzi qohumları artıq ABŞ-da yaşayır və keçmiş siyasətçi orada siyasi himayəyə ümid edə bilər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI













