Şagirdlər qiymətləndirildi - Emin Əmrullayevi nə qane etmədi?

Azərbaycan 2025-ci il PISA beynəlxalq qiymətləndirmə tədqiqatına genişmiqyaslı heyətlə qatılmağa hazırlaşır.
Avtosfer.az xəbər verir ki, xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.
Nazir bildirib ki, bu çərçivədə ölkə üzrə 241 məktəbdən 7 500-dən çox şagirdin qiymətləndirməyə cəlb olunması nəzərdə tutulub. Beynəlxalq qiymətləndirmə proqramında regionların da prosesə daxil edilməsi ölkə səviyyəsində təhsilin keyfiyyətinə dair daha geniş və obyektiv məlumat bazasının formalaşdırılmasına şərait yaradacaq.
Qiymətləndirmədə iki mühüm yenilik: Təbiət elmləri və rəqəmsal bacarıqlar
PISA 2025-in əsas qiymətləndirmə sahəsi təbiət elmləridir. Bu da şagirdlərin yalnız nəzəri elmi biliklərini deyil, həmin bilikləri real həyata tətbiq etmək, məlumatları təhlil etmək və elmi əsaslandırılmış nəticələrə gəlmək bacarıqlarını ölçməyə imkan verəcək.
"Bununla yanaşı, PISA 2025-də ilk dəfə olaraq “Rəqəmsal Dünyada Öyrənmə” istiqaməti qiymətləndiriləcək. Bu yeni sahə vasitəsilə Azərbaycan şagirdlərinin rəqəmsal mühitdə informasiya əldə etmək, onun etibarlılığını yoxlamaq, müstəqil öyrənmək və rəqəmsal vasitələrlə problem həlletmə bacarıqları təhlil olunacaq.
Nəticələrin şərhində coğrafi əhatə fərqi nəzərə alınmalıdır",-deyə, Emin Əmrullayev bildirib.
"2018 və 2022-ci illərdə keçirilən qiymətləndirmələrdə yalnız Bakı şəhəri iştirak etdiyi halda, PISA 2025 ölkə miqyasında reallaşır. Buna görə də gələcəkdə 2025-ci ilin nəticələri əvvəlki illərlə müqayisə edilərkən iştirakçı əhatəsinin və tədqiqat kontekstinin fərqli olduğu mütləq diqqətə alınmalıdır.
Xatırladaq ki, Azərbaycan PISA tədqiqatlarında 2006, 2009, 2018 və 2022-ci illərdə də iştirak edib. Qiymətləndirmənin əsas məqsədi ölkələr arası reytinq yarışı deyil, təhsil sistemini beynəlxalq kontekstdə görmək, əzbərçilikdən uzaqlaşaraq tənqidi düşüncə və funksional bacarıqları ön plana çıxarmaqdır",-deyə, bildirilib.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












