Şəhid ailələri metrodan ödənişsiz istifadə edə bilmirlər? - RƏSMİ

Sosial şəbəkədə "Bakı Metropoliteni" QSC-də şəhid ailələrinin metrodan ödənişsiz istifadə hüququnun məhdudlaşdırıldığı və ya ləğv edildiyi iddia edilir.
Qeyd olunur ki, şəhid ailəsi üzvlərinin metroya daxil olarkən təqdim etdikləri müvafiq vəsiqələr artıq keçərli sayılmır və bu qərar rəhbərliyin göstərişi əsasında tətbiq edilir.
Mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, metropolitendən ödənişsiz istifadə etmək hüququ olan sərnişinlərin əhatə dairəsi və bu hüququn əsasları aşağıda qeyd olunan qanunvericilik aktları ilə müəyyən edilib.
Belə ki, Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakı Metropolitenindən İstifadə Qaydaları"nın 4.1.1-ci bəndinə əsasən, sərnişinlər yeddi yaşınadək uşaqlara görə gediş haqqı ödəməmək hüququna malikdirlər.
"Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları - "Polis haqqında" Qanunun 38-ci maddəsinin IV hissəsinə əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər;
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - "Hərbi qulluqçuların statusu haqqında" 25 dekabr 1991-ci il tarixli 36 nömrəli qanunun 6-cı maddəsinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər.
3 oktyabr 1997-ci il tarixli, 377-IQ nömrəli qanunla təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 4-cü bəndinə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli Qanunun 28.2-ci maddəsinə görə, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər", - məlumatda deyilir.
Beləliklə, qanunvericilikdə şəhid ailələrinin metrodan ödənişsiz istifadə hüququnun nəzərdə tutulmadığı aydın olur./oxu.az
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












