Sosial şəbəkə fenomenləri təbiətin qorunmasında fəal iştirak edməlidirlər - EKSPERT

Sosial 17 Aprel 2026 15:41
Sosial şəbəkə fenomenləri təbiətin qorunmasında fəal iştirak edməlidirlər - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Təbiət insan həyatının əsasını təşkil edən ən mühüm sərvətlərdən biridir. O, bizə hava, su, qida və yaşamaq üçün zəruri olan bütün təbii resursları təmin edir. Buna görə də təbiətin qorunması təkcə ekoloji məsələ deyil, həm də sosial və mənəvi bir vəzifədir. Təbiəti mühafizə etmək həm dövlətlərin, həm də hər bir fərdin üzərinə düşən mühüm məsuliyyətdir. Dövlətlər qanunlar, qoruqlar və müxtəlif ekoloji layihələr vasitəsilə təbiətin qorunmasına çalışdığı kimi insanlar da gündəlik həyatlarında daha diqqətli və məsuliyyətli davranmalıdırlar.

Son günlərdə isə sosial şəbəkələrdə bəzi bloggerlərin paylaşım məqsədilə bulvarda əkilən gülləri əzməsi və təbiətə zərər vurması geniş müzakirələrə səbəb olub. Bu hadisə ictimaiyyət arasında narahatlıq yaradaraq təbiətin qorunması mövzusunu yenidən gündəmə gətirib. Belə davranışlar təbiətə qarşı məsuliyyətsiz yanaşmanın nümunəsi kimi qiymətləndirilir və ekoloji dəyərlərin daha ciddi şəkildə qorunmasının vacibliyini bir daha göstərir.

Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli Avtosfer.az-a açıqlamasında bildirib ki, müasir dövrdə təbiət həm dövlət, həm də insanlar tərəfindən qorunur:

" Qeyri-hökumət təşkilatları və könüllülər də təbiətin mühafizəsi üçün çalışırlar. Bu, artıq bir mədəniyyətə çevrilməlidir. Əgər təbiət qorunmasaydı, çoxdan məhv olardı.İnsanlar həm gülllərə hə təbiətə sayğıyla yanaşmalıdır. Güllərin arasında şəkil çəkdirmək olar, amma onları tapdalamaq ədəbsizlikdir. İstər bloger olsun, istərsə də başqası hər kəs vətəndaşdır və bərabər hüquqludur. Yəni gülləri tapdalamaq hüququ yoxdur".

Sosioloq Naib Niftəliyev isə deyib ki, təbiətə zərər yetirə biləcək hərəkətlərə yol verilməsi, təbiətə qarşı qeyri-adekvat münasibət bəzi bloggerlərin cəmiyyət tərəfindən haqlı tənqid olunmasına səbəb ola bilər:


“Blogerlər, yəni ictimai fəal insanlar, cəmiyyətdə daim həssaslıqla izlənilən şəxslərdir. Onların davranışı və fəaliyyəti ictimai rəy tərəfindən diqqətlə izlənilir. Həm prinsipial məqamlarda ictimai rəqabət, həm də mübahisəli məsələlərdə ciddi tənqidlər ola bilər. Bu baxımdan təbiətlə təmasda da eyni diqqət, eyni qayğı və eyni münasibət çox vacibdir. Müxtəlif hallarda təbiətə zərər yetirə biləcək hərəkətlərə yol verilməsi, bəzi davranışlardakı mübahisəli məqamlar və ümumilikdə insanlara və təbiətə qarşı qeyri-adekvat münasibət bəzi bloggerlərin haqlı tənqid olunmasına səbəb ola bilər. Bu cür şəxslər həm fərd, həm də ictimai sima olaraq ciddi ictimai qınaqla qarşılaşa bilirlər. Lalələrin yararsız hala salınıb əzilməsinə gəldikdə isə, düşünürəm ki, blogerlər təbiətin qorunmasına daha çox diqqət yetirməli, yaşıllığın mühafizəsini dəstəkləməlidirlər. Təəssüf ki, bəzən fikirlərini və fəaliyyətlərini ifadə edərkən bilərəkdən və ya bilməyərəkdən çiçəklərin qoparılması, zədələnməsi kimi hallar baş verir. Bu isə həm digər insanların, həm də ümumilikdə təbiətin təbii hüquqlarının pozulması deməkdir. Bu baxımdan belə məsələlər açıq şəkildə müzakirə olunmalı və ictimai qınaq da nəzərə alınmalıdır. Müxtəlif ölkələrdə təbiətə vurulan zərərlə bağlı qanunvericilik mövcuddur. Məsələn, bəzi ölkələrdə icazəsiz bir gülü qoparmaq ciddi cərimələrə səbəb ola bilər. Hər bir halda təbiətin qorunması, sosial statusundan, ictimai fəallığından asılı olmayaraq hər bir vətəndaşın borcudur. Təbiətin qorunması cəmiyyətin sağlam gələcəyi deməkdir”.
Nurcan Babək

Oxunub : 80
ŞƏRH YAZ
Ad

E-mail

Şərh