Sosial şəbəkələrdə “arıqladıcı şokolad” satışa çıxarılıb; xəstəlik mənbəyidir – QİDA EKSPERTİ

Son dövrlər sosial şəbəkələrdə trend olan asan və sürətli arıqlama vədi ilə müxtəlif məhsullar, xüsusilə də arıqladıcı şokolad adı altında təqdim olunan qidalar geniş şəkildə reklam olunur. Qısa müddətdə ciddi çəki itkisi vəd edən bu məhsullar bir çox insan üçün cəlbedici görünsə də, onların təhlükəsizliyi və effektivliyi ilə bağlı ciddi suallar yaranır.
Avtosfer.az xəbər verir ki, əksər hallarda bu məhsulların tərkibi barədə dolğun və şəffaf məlumat verilmir, bəzi hallarda isə etiket üzərində göstərilməyən maddələrin olması ehtimalı istisna edilmir. Bu isə istehlakçıların sağlamlığı üçün real risk yarada bilər.

Məsələ ilə bağlı qida mütəxəssisi İlkin Şirinov Avtosfer.az-a açıqlamasında bildirib ki, şokolad hansısa şəkildə arıqladıcı vasitə ola bilməz:
“”Arıqladıcı şokolad” adı ilə satılan məhsullar da əslində bildiyimiz şokolad tərkiblidir. Kakao, kofe qalıqları və müxtəlif dadlandırıcılar ola bilər. Yəni, bu günlərdə həmin arıqladıcı şokoladlar da bildiyimiz şokolad bazasına malikdir və bitki ekstraktları ilə qarışdırılıb. Əgər şokoladın tərkibində etiketdə göstərilməyən dərman preparatları və arıqladıcı dərmanlar varsa, artıq burada söhbət insan həyatının təhlükəsindən və sağlamlığın risk altına düşməsindən gedir. Ümumiyyətlə, sosial şəbəkələrdə yayılan, etiketlənmə məsələsində problemləri olan məhsullar insanların xeyrinə yönəlmiş və sağlamlığa uyğun məhsul ola bilməz. Məsələn, bəzi şokoladlarda subitramin kimi qadağan olunmuş maddələr ola bilər. Hər hansı məhsulun tərkibinə bu cür maddələrin əlavə edilməsi qanunla qadağandır və insanların sağlamlığını risk altına atır”.
Mütəxəssisin sözlərinə görə, bir ayda 5–10 kilo arıqlamaq iddialarına inanmaq lazım deyil:
“Gündəlik qida vərdişləri, həkim nəzarəti və balanslı qidalanma olmadan, belə məhsullar psixoloji təsir yaratmaqdan başqa heç bir fayda vermir. Qanunla bu cür məhsulların istehsalı və satışı qadağandır. Qida Təhlükəsizliyi Agentliyinin mütəmadi yoxlamaları zamanı belə məhsulların təhlükəsi araşdırılır və insanlara yalnız etibarlı məhsullar təqdim edilir. Arıqlama yalnız həkim nəzarətində qidalanma, fiziki fəaliyyət və balanslı həyat tərzi ilə mümkündür. Qidalanmada yağların azaldılması və düzgün qida seçimi də bu prosesdə əsas rol oynayır”.
Nurcan Babək
Veteran pulu ARTIRILACAQ?
Alimlərdən qlobal iqlim fəlakəti barədə XƏBƏRDARLIQ
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
Vətəndaşlar şəxsi avtomobildən imtina edirlər - Buna səbəb nədir?
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI
Süni intellektlə saxta materiallar hazırlayıb YAYANLARIN NƏZƏRİNƏ - VİDEO
Sel Ağdam və Ağcabədi kəndlərini birləşdirən yolu dağıtdı; nəqliyyat əlaqəsi kəsildi - FOTO
Həmin sürücünün toy maşını avtobus oldu - VİDEO
Dərin çalalar maşınlara ziyan vurur - Biabırçı vəziyyətdə olan yol - VİDEO
Bakı sakinlərinə ŞAD XƏBƏR – 22 il sonra ilk yaşanır
"Xırdalandan keçib evə çatmaq mümkün deyil" - QHT sədri








