Sosial şəbəkələrdə hansı paylaşımlar qadağandır? - Hüquqşünas AÇIQLADI

Bu gün sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hər kəs müxtəlif mövzularda canlı yayım açır, fikir bildirir, məlumat paylaşır, status yazır. Lakin rəqəmsal mühitdə paylaşılan hər bir məlumat hüquqi məsuliyyət yarada bilər. Qanunvericilik çərçivəsindən kənara çıxıldığı halda isə inzibati və ya cinayət məsuliyyəti tətbiq oluna bilər. Maraqlıdır, bəs görəsən ümumilikdə sosial şəbəkələrdə hansı məzmunlu paylaşımlar qadağan oluna və məsuliyyət yarada bilər?
Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna Azərbaycan Respublikasının Prezidentinin imzası ilə 30 dekabr 2025-ci il tarixdə 13-2.3.6-1-ci maddə əlavə edilmişdir:

“Həmin maddəyə görə, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyəti təhqir edən, cəmiyyətə açıq hörmətsizliyi ifadə edən hərəkətlərin edilməsi, yəni əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə təəssürat yaradan jestlərin edilməsi, insan bədəninin müəyyən hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, bu əməl birinci dəfə törədildikdə 500 manatdan 1000 manatadək cərimə və ya şəxsin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs nəzərdə tutulur. Əgər əməl il ərzində təkrar törədilərsə, ikinci dəfə 1000 manatdan 2000 manatadək cərimə və ya şəxsin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək inzibati həbs tətbiq oluna bilər. Şəxslərin birbaşa şəxsi həyatına aid olan, onların şəxsi həyatını səciyyələndirən, eləcə də konkret bir şəxsə məxsus fərdi məlumatlar var ki, həmin məlumatlar barədə danışmaq və onları paylaşmaq qadağandır”.
Nurcan Babək
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












