Taksiyə ödəniş etməyənləri hansı cəza gözləyir? – AÇIQLAMA - VİDEO

Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub. Görüntülərdə müştəri mənzil başına çatdıqdan sonra taksi sürücüsünün ödənişini etmədən qaçır. Sürücü də qarşılaşdığı bu vəziyyəti telefonun kamerası ilə qeydə alaraq ictimailəşdirib. Adətən taksi sürücülərinin davranışı cəmiyyətdə qınaq hədəfinə çevrilir. Lakin bu dəfə vəziyyət fərqlidir, zərərçəkən taksi sürücüsüdür.
Bəs sərnişinin bu hərəkəti hansı məsuliyyəti yaradır? Belə hallarda sürücünün hüquqları necə qorunur?
Avtosfer.az BakuTV-yə istinadən xəbər verir ki, hüquqşünas Mircavid Miriyevin sözlərinə görə, vətəndaş taksi mobil tətbiqi vasitəsilə sifariş verdiyi andan tərəflər arasında artıq əqd bağlanmış hesab olunur və hüquqi münasibət yaranır.
“Əgər sərnişin xidmət haqqını ödəməkdən imtina edərək hadisə yerindən qaçırsa, bu, hüquqi məsuliyyət yaradır. Belə hallar inzibati xəta kimi qiymətləndirilə bilər. Ödənişdən yayınmaqla sürücüyə maddi zərər vurulmuş sayılır və bu əmələ görə şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülə bilər. Qanuna əsasən, belə hallarda 160 saatdan 240 saata qədər ictimai iş cəzası tətbiq oluna bilər”, – deyə hüquqşünas bildirib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












