"Temu"dan gələn bağlamalar əslində niyə gecikdirilirmiş? - AÇIQLAMA - VİDEO

Son dövrlər “Temu” platformasından sifariş edilən məhsulların çatdırılmasında ciddi gecikmələr müşahidə edilir. Əvvəllər bir neçə günə ünvana təhvil verilən bağlamaların indi həftələrlə, bəzən də aylarla gecikməsi alıcıların ciddi narazılığına səbəb olub. Bu gecikmələrdən sonra “Temu” şirkəti Azərbaycan alıcıları üçün nəzərdə tutulan yüksək faizli endirim kampaniyalarını da ləğv edib. Avtosfer.az "Bakupost"a istinadən xəbər verir ki, son 2 ayda sosial şəbəkələrdə də sözügedən məsələ ilə bağlı çoxsaylı şikayətlər səsləndirilir. Problemin kökünü öyrənmək üçün öncə karqo şirkətləri ilə əlaqə saxladıq. Onlar da son vaxtlar gecikmələrin həddindən artıq çoxaldığını təsdiqlədilər. Bildirdilər ki, artıq ikinci aydır sifarişlərdən imtina və ödənişin geri tələbi halları kəskin artıb. Bu da öz növbəsindən “Temu” platformasından verilən sifarişlərin azalmasına, alıcıların daha ehtiyatlı davranmasına səbəb olub.
Bəs Dövlət Gömrük Xidməti bu məsələ ilə bağlı nə deyir? Bağlamalar niyə indi bu qədər gecikdirilir? 2 ay öncə bu qədər gecikmə yox idi, indi niyə hər kəs şikayətçidir?
Daha ətraflı sujetdə:
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












