Ticarətdə nağd ödəniş vergidən yayınma fürsəti yaradır – NATİQ CƏFƏRLİ

Müasir dövrdə onlayn və nağdsız ödənişlərin sayı sürətlə artır. Kartla, mobil tətbiqlərlə və onlayn sistemlərlə aparılan əməliyyatlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir. Bu proses iqtisadiyyatın şəffaflaşması və maliyyə əməliyyatlarının izlənməsi baxımından önəmlidir. Maraqlıdır bu proses kölgə iqtisadiyyatına nə qədər təsir edib?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, güclü sistem qurulmalıdır ki, kölgə iqtisadiyyatına şərait yaranmasın:
“Nağdsız ödənişlər kölgə iqtisadiyyatının azalmasına kömək edir, amma sistem elə qurulmalıdır ki, ödəniş hansı formada həyata keçirilməsindən asılı olmayaraq kölgə iqtisadiyyatı yaranmasın. Təbii ki, nağdsız ödənişlər kölgə iqtisadiyyatının azalmasına xidmət edən amillərdən biridir.
Ticarət və ictimai sahədə hələ də daha çox nağd ödənişlərdən istifadə olunduğundan həmin sahələrdə kölgə iqtisadiyyatının elementləri, birinci növbədə vergidən yayınma fürsətləri daha çox nəzərə çarpır”.
Nurcan Babək
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












