Tıxacların uzunluğu rekord həddə çatdı - Fransada yandırıcı istilər

Fransada iyulun 18-də avtomobil tıxaclarının ümumi uzunluğu 708 kilometrə çatıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, ən ciddi tıxaclar cənuba doğru istiqamət alan və Rona vadisindən keçən A7 avtomagistralında müşahidə olunub - burada tıxacın uzunluğu 170 kilometrə çatıb.
Nəqliyyat məlumatları xidməti yolda olan sürücülərə mütəmadi olaraq su içməyi, həmçinin avtomobilin salonunda temperaturu aşağı saxlamaq üçün ön şüşələrdə günəş qoruyucu vasitələrdən istifadə etməyi tövsiyə edib.
Paris Ətraf Mühit Nazirliyi yollarda sıxlığın bir müddət daha davam edəcəyini gözləyir. Hazırda istirahətə gedənlər Normandiya və Atlantik sahilləri, Overn-Rona-Alp bölgəsi, Mərkəzi Massiv, eləcə də Aralıq dənizi sahilləri istiqamətində hərəkət edirlər.
Qeyd edək ki, Aralıq dənizi sahilində yerləşən bir neçə departamentdə güclü istilərlə əlaqədar "narıncı" hava təhlükəsi səviyyəsi elan olunub. Nəqliyyat mütəxəssisləri yaxın günlərdə ölkənin şərqindəki Burqundiya və Overn-Rona-Alp bölgələrində avtomobil axınının daha da artacağını proqnozlaşdırırlar.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












