Torpağına “kupça“ ala bilməyənlərə VACİB XƏBƏR

Azərbaycanda xüsusilə neft və sənaye zonalarına yaxın ərazilərdə yaşayan minlərlə vətəndaşın qarşılaşdığı əsas problemlərdən biri torpaq sahələrinə çıxarış ala bilməməkdir. Uzun illərdir istifadə olunan bəzi torpaq sahələri və fərdi yaşayış evləri olsa da, bir çox hallarda həmin əmlaklar rəsmiləşdirilmədiyi üçün vətəndaşlar hüquqi çətinliklərlə üzləşirlər. Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən hüquqşünas Adil Piriyev bildirib ki, müəyyən şərtlər daxilində neft ərazilərində yerləşən torpaq sahələrinə "kupça", yəni çıxarış almaq mümkündür. Hüquqşünasın sözlərinə görə, burada əsas məsələ torpaq sahəsinin mühafizə və təhlükəsizlik zonalarının tələblərinə uyğun olub-olmamasıdır.
Adil Piriyev qeyd edib ki, əgər torpaq sahəsi təhlükəsizlik məsafələrinə uyğun yerləşirsə, məhkəmə qaydasında həmin əmlakın rəsmiləşdirilməsi mümkündür:
“Əgər torpaq sahəsi qaz xəttləri, neft quyuları, fontan və digər texniki obyektlərlə bağlı müəyyən edilmiş təhlükəsizlik məsafələrinə uyğundursa, vətəndaş məhkəmənin müsbət qərarı əsasında çıxarış ala bilər”.
Hüquqşünas bildirib ki, qanunvericiliyə əsasən müəyyən məsafə tələbləri mövcuddur. Belə ki, qaz, lift, fontan və aktiv quyularla torpaq sahəsi arasında minimum 300 metr məsafə olmalıdır. Pasiv və ya işləməyən quyularla torpaq sahəsi arasında isə ən azı 150 metr məsafə nəzərdə tutulur. Ləğv edilmiş quyular üçün bu məsafə 75 metr təşkil edir.
Hüquqşünasın sözlərinə görə, vətəndaşlar ilk növbədə aidiyyəti dövlət qurumlarına müraciət etməli və rəsmi imtina cavabı almalıdırlar:
“Bir çox hallarda vətəndaşlar birbaşa məhkəməyə müraciət edir. Halbuki əvvəlcə aidiyyəti qurumlara müraciət olunmalı, həmin torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı rəsmi cavab və ya imtina məktubu alınmalıdır”.
Adil Piriyev qeyd edib ki, bundan sonra inzibati məhkəməyə müraciət edilir və proses hüquqi sənədlər əsasında davam etdirilir.
Onun sözlərinə görə, məhkəmə prosesində torpaq sahəsinin vəziyyəti, yerləşdiyi ərazi, texniki təhlükəsizlik tələbləri və faktiki istifadə vəziyyəti araşdırılır:
“Məhkəmə zamanı xüsusi sənədləşmə işləri aparılır, kadastr və texniki sənədlər hazırlanır, əraziyə baxış keçirilir. Bütün bu prosedurlar düzgün şəkildə icra olunarsa, vətəndaşın çıxarış alma şansı yüksəlir”.
Hüquqşünas vurğulayıb ki, müsbət məhkəmə qərarından sonra vətəndaşlara çıxarış, texniki pasport və qiymətləndirmə sənədləri təqdim edilə bilər.
Adil Piriyev əlavə edib ki, son illərdə bu kateqoriyadan olan müraciətlərin sayı artıb:
“Xüsusilə Bakı və Abşeron ərazisində neft sahələrinə yaxın yaşayış massivlərində yaşayan vətəndaşlar bu problemlə tez-tez qarşılaşırlar. İnsanlar illərlə istifadə etdikləri torpaq sahələrini rəsmiləşdirmək istəyirlər”.
Hüquqşünas vətəndaşlara sənədləşmə prosesinə ciddi yanaşmağı və hüquqi prosedurları peşəkar şəkildə aparmağı tövsiyə edib:
“Əgər torpaq sahəsinin yerləşdiyi ərazi təhlükəsizlik normalarına uyğundursa, hüquqi yollarla çıxarış almaq mümkündür. Sadəcə proses düzgün aparılmalı və bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanmalıdır”.
Hüquqşünas sonda bildirib ki, belə hallarda vətəndaşların hüquqi yardım alması gələcək problemlərin qarşısını almaq baxımından olduqca vacibdir.
Metro istifadəçilərinin NƏZƏRİNƏ: 200 manatadək CƏRİMƏ oluna bilərsiniz
Bakıda dəyişkən iş qrafikina keçid necə tənzimlənə bilər? – Deputat AÇIQLADI
Azərbaycanda bu məşhurlar işini itirə bilər - Qadağa gözlənilir
İş saatlarının dəyişdiriləcəyi ilk qurumlar
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AÇIQLAMA
İntensiv yağış yağacaq, dolu düşəcək – SABAHIN HAVASI
Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - RƏSMƏN AÇIQLANDI
Halı pisləşən uşaq niyə müayinə edilməyib? - Həkimlərə xəbərdarlıq - VİDEO
“Nə qanundan, nə də narazılıqdan çəkinirlər” - Xəzər sahilində daha bir hasarlama - VİDEO
Bu tarixdə qısa iş günü olacaq
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI










