Torpaq Məcəlləsində dəyişiklik; Dövlət torpaqları xüsusi mülkiyyətlə dəyişdirilə bilər? - AÇIQLAMA

Milli Məclisdə Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirələrə səbəb olub. Məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb. Təklif olunan dəyişiklik qəbul edilərsə, dövlətə məxsus torpaq və digər əmlakların fiziki və hüquqi şəxslərə məxsus əmlaklarla mübadiləsi mümkün olacaq.
Avtosfer.az xəbər verir ki, layihəyə əsasən, dövlət mülkiyyətində olan əmlakın, o cümlədən dövlət torpaqlarının qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilməsinin hüquqi əsasları yaradılır.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Avtosfer.az-a açıqlamasında bildirib ki, layihədə özəlləşdirilməsi mümkün olan dövlət əmlakının və ya dövlət torpaqlarının fiziki və ya hüquqi şəxslərə məxsus digər əmlaklarla dəyişdirilməsi qaydalarının müəyyənləşdirilməsi nəzərdə tutulur:

"Hələlik bu mübadilənin konkret qaydaları açıqlanmayıb. Qaydaların qanun layihəsi plenar iclasda müzakirəyə çıxarıldıqdan sonra daha aydın olacağı gözlənilir. İlkin məlumata görə, mübadilə ediləcək əmlaklar "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq qiymətləndiriləcək və onların dəyişdirilməsi bazar dəyəri əsasında həyata keçiriləcək".
Ekspert qeyd edib ki, layihənin əsas məqsədi həm dövlətə, həm də xüsusi mülkiyyətə aid əmlakların iqtisadi dövriyyəyə daha fəal cəlb olunmasını və onlardan daha səmərəli istifadə olunmasını təmin etməkdir. Qanun layihəsinin qəbul prosesi irəlilədikcə, onun detalları barədə daha ətraflı məlumat əldə etmək mümkün olacaq.
Fatimə Dadaşova
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












