Torpaq zəbt edənlərə XƏBƏRDARLIQ

Sənədsiz tikinti faktı aşkar edildikdə məsələ qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilir və mərhələli tədbirlər görülür.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Xidmətin məlumatına görə, torpaq sahələrinin zəbt edilməsi və qanunazidd istifadəsi ilə bağlı qurumun əməkdaşları tərəfindən ölkə ərazisində mütəmadi monitorinqlər aparılır:
"Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında" Əsasnamənin tələblərinə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra-Xidmət) üzərinə bu sahədə dövlət nəzarətinin həyata keçirilməsi, o cümlədən tikinti işlərinin aparılması ilə müşahidə olunan torpaq sahələrinin zəbt edilməsi və qanunazidd istifadəsinin qarşısının alınması vəzifə olaraq qoyulmuşdur".
Bildirilir ki, aşağıdakı hallarda akt rəsmiləşdirilir:
"Monitorinq zamanı qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) ilə nəticələnən tikinti işlərinin aparılması faktları aşkar olunduğu təqdirdə bu hal Xidmətin əməkdaşları tərəfindən müvafiq aktla rəsmiləşdirilir".
"Bundan sonra, torpaq qanunvericiliyinin pozulması halının xarakterindən asılı olaraq Xidmət tərəfindən torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görülməsi məqsədilə yuxarıda qeyd olunan Əsasnamənin 9.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının daxili işlər orqanlarına məlumat verilməsi, habelə Əsasnamənin 11.5-ci bəndinə uyğun olaraq vəzifələri və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb edilməsi təmin edilir.
Eyni zamanda, torpaq üzərində aparılan qanunsuz tikinti faktları ilə bağlı toplanmış material səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, rayon (şəhər) icra hakimiyyəti orqanlarına və digər aidiyyəti qurumlara göndərilir", - deyə məlumatda qeyd olunub.
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?












