Toya hazırlaşanların DİQQƏTİNƏ!

Azərbaycanda toy mövsümünün pik həddə çatması fonunda qızıl bazarında ciddi canlanma və bahalaşma müşahidə olunur. Məhərrəm ayının iyunun 16-da başlaması və Aşura gününün iyunun 25-nə təsadüf etməsi səbəbindən ailələr xeyir işlərini bu tarixdən əvvəl çatdırmağa çalışırlar. Toy və nişan mərasimlərinin qısa müddətə sıxlaşması qızıl-zinət əşyalarına olan tələbatı kəskin artırıb, bu da daxili bazarda qiymətlərin yuxarı doğru dəyişməsinə təkan verib. Lakin yerli bazardakı bahalaşma təkcə daxili amillərlə məhdudlaşmır. Dünyada gedən qlobal iqtisadi proseslər və xammal birjalarındakı dalğalanmalar da Azərbaycandakı qiymət siyasətinə birbaşa təsir göstərir.
Avtosfer.az bildirir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, Azərbaycanda qızılın qiyməti yalnız daxili bazardakı tələb və təkliflə müəyyənləşmir:
“Burada əsas amil dünya bazarlarında qızılın bir unsiyasının qiymətidir. Beynəlxalq birjalarda qiymətlər necə dəyişirsə, bu, birbaşa Azərbaycan bazarına da təsir edir. Hazırda dünya bazarında qızılın qiyməti yüksək səviyyədə qalır və bu da ölkə daxilində qiymətlərin artmasına səbəb olur. Əlbəttə, müəyyən dövrlərdə tələbin artması da qiymətlərə təsir göstərir. Xüsusilə toy mövsümü, bayram günləri və ya insanların qızıla yatırım vasitəsi kimi marağının yüksəlməsi bazarda bahalaşmanı sürətləndirə bilər. Amma ümumi olaraq qiymətin formalaşmasında əsas istiqaməti yenə də xarici bazarlar müəyyən edir. Bundan əlavə, qlobal iqtisadi proseslər, inflyasiya riskləri, geosiyasi gərginliklər və dolların məzənnəsindəki dəyişikliklər də qızılın dünya bazarındakı qiymətinə təsir edən əsas faktorlar sırasındadır. Bu səbəbdən beynəlxalq bazarda baş verən hər bir dəyişiklik qısa müddətdə Azərbaycan bazarında da özünü göstərir”.
Hazırda paytaxtın qızıl mərkəzlərində həm yerli, həm də idxal olunan zinət əşyalarının qramında artım var. Alıcı sıxlığı fonunda satıcılar da qiymət artımını xarici birjalardakı bahalaşma və qısamüddətli yüksək tələbatla əlaqələndirirlər. Məhərrəmlik ayı başladıqdan sonra bazarda müvəqqəti durğunluq yaransa bəli, qlobal trendlər yüksək qaldığı müddətcə qızılın kəskin ucuzlaşması gözlənilmir.
Qısası, Məhərrəm ayı qabağı toy etmək istəyənlər qızıl bazarına axışdığı üçün qiymətlər bahalaşıb, lakin əsas səbəb dünyada qızılın qiymətinin artmasıdır.
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş










