Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı - FOTO

Türkiyənin “Sözcü” qəzeti Azərbaycanın dəniz səviyyəsindən 2180 metr hündürlükdə yerləşən qədim Xınalıq kəndi haqqında maraqlı bir məqalə yayımlayıb. Avtosfer.az Metbuat.az-a istinadla xəbər verir ki, məqalədə UNESKO-nun Dünya Mirası Siyahısında yer alan bu unikal dağ kəndinin dünyada bənzəri olmayan dilindən və təcrid olunmuş coğrafi quruluşundan bəhs edilir. Vurğulanır ki, min illərdir heç bir əlifbası və yazı sistemi olmayan Xınalıq dilini dünyada bu icmadan başqa heç bir topluluq başa düşmür. Yerli əhalinin köklərini Qafqaz Albaniyasına bağladığı və özlərini Nuh peyğəmbərin nəvələri hesab etdikləri diqqətə çatdırılır. Yazıda həmçinin Xınalığın pilləli daş evlərdən ibarət sıradışı memarlıq üslubuna, çobanların köçəri həyat tərzinə və kəndin sərt iqlim şəraitinə də toxunulur. Aşağıdakı evin damının növbəti evin həyəti rolunu oynadığı bu maraqlı yaşayış məskəninin müasir dövrdə elektrik, rabitə və məktəb kimi infrastrukturla təmin edildiyi bildirilir.

Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












