Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi

Türkiyənin bəzi bölgələrində havanın temperaturu +50°C-yə çata bilər, bu səbəbdən turistlər günorta saatlarında küçədə olmaqdan çəkinməlidirlər. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə türkiyəli terapevt Dilək Şəngül bildirib. “Xüsusilə Egey və Aralıq dənizi bölgələrində havanın temperaturu +50°C səviyyəsində hiss olunacaq. Turistlər və risk qrupuna daxil olan insanlar saat 11:00-dan 16:00-dək küçəyə çıxmamalıdırlar”, - deyə o qeyd edib. Ekspert vurğulayıb ki, günorta saatlarında günəş altında uzun müddət qalmaq günvurma, susuzlaşma (dehidratasiya) və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Onun sözlərinə görə, yaşlı insanlar, hamilə qadınlar, uşaqlar, həmçinin ürək-damar xəstəlikləri olan şəxslər xüsusilə diqqətli olmalıdırlar. Şəngül həmçinin turistləri ən isti saatlarda qapalı məkanlarda qalmağa, kifayət qədər su içməyə, açıq rəngli, yüngül geyimlər geyinməyə və baş geyimlərindən istifadə etməyə çağırıb.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












