Üç övladı olan valideynləri SEVİNDİRƏCƏK XƏBƏR

Azərbaycanda çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə ödənilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bu səbəbdən sosial dəstəyin əhatə dairəsinin genişləndirilməsini təklif edir:
"Təşəbbüsə əsasən, çoxuşaqlı ailə statusunun mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrə də şamil edilməsi nəzərdə tutulur. Bu halda belə ailələr dövlət büdcəsindən aylıq müavinət ala, eyni zamanda uşaqların sayından asılı olaraq valideynlər üçün erkən pensiya imkanları yaradıla bilər. Məsələn, təklifə görə, ailədə üç uşaq olduqda pensiya yaşının bir neçə il azaldılması mümkün ola bilər".
Qeyd edək ki, rəqəmlər də demoqrafik azalmanı göstərir. 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq dünyaya gəldiyi halda, 2025-ci ildə bu göstərici 100 minin altına düşüb.
Beynəlxalq təcrübədə isə ailə siyasətində uşaqların sayı əsas meyarlardan biri hesab olunur. Avropa ölkələrində sosial dəstək mexanizmləri geniş tətbiq edilir, ödənişlər artıq ikinci uşaqdan başlayaraq verilir.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












