Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir? - VİDEO

Ev sahibi olmaq illərlə əlçatmaz arzu kimi görünürdü. Amma bu gün Azərbaycanda dövlətin yaratdığı mexanizmlər sayəsində minlərlə ailə bu arzunu reallığa çevirir.
İpoteka kreditləri, sosial mənzillər və kirayədən mülkiyyətə keçid modelləri Azərbaycan dövlətinin mənzil siyasətinin əsas dayaqlarıdır. Bu mexanizmlər fərqli sosial qruplara hesablanıb.
Əsas məqsəd isə birdir: mənzil sahibi olmağı mümkün qədər əlçatan etmək. Bu gün ölkəmizdə ipoteka krediti banklar üzərindən verilir və iki əsas kateqoriyaya bölünür: adi və güzəştli. Xüsusilə, sosial statusu olan vətəndaşlar üçün nəzərdə tutulan 4 faizli ipoteka ən çox maraq doğuran mexanizmdir.
Şəhid ailələri, jurnalistlər, müəllimlər, məcburi köçkünlər, gənc alimlər və daha bir çox insan bu güzəştdən yararlana bilir. İstənilən üsulda isə müəyyən bir prosesdən keçmək və bir qədər səbirli olmaq lazımdır. Çünki mərhələli şəkildə sənədlər yığılmalı və əlaqəli qurum və ya banka təhvil verilməlidir.
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən mənzillər bazar qiymətindən aşağı təklif olunur. Seçim onlayn olaraq aparılır və proses tam şəffafdır. Bu mexanizmdə vətəndaş əvvəl ona hesablanan qiymətin 1 illik həcmini ödəyərək mənzildə kirayəçi kimi yaşamağa başlayır.
Aylıq ödənişlər tədricən mülkiyyət payına çevrilir və müddət bitdikdən sonra mənzil tam sahibinə keçir. Bütün hallarda bu fürsətlərdən faydalanmaq üçün vətəndaşın rəsmi gəliri olmalıdır.
Gözləmə müddəti ola bilər, çünki proses mərhələli şəkildə aparılır. Elə bu səbəbdən də hər mərhələnin seçimləri də məhduddur. Amma bazar qiymətləri ilə müqayisədə bu modellər ən real alternativlərdir.
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ










