Ürəyi dayanan professor həyata belə qaytarıldı - VİDEO

70 yaşlı professor Hikmət Əlizadə iş yerində özünü narahat hiss etdikdən sonra Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım xidmətinə müraciət edib.
Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, hadisə yerinə çatdırılan təcili tibbi yardım briqadası tərəfindən pasiyentdə döş qəfəsində güclü ağrı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsi müşahidə olunub.
Mərkəzi Gömrük Hospitalına çatdırılarkən Hikmət Əlizadənin ürəyi dayanıb və dərhal təxirəsalınmaz reanimasiya tədbirlərinə başlanılıb. Təxminən 20-30 dəqiqə davam edən intensiv ürək masajı və reanimasiya tədbirləri nəticəsində pasiyentin həyati göstəricilərini bərpa etmək mümkün olub.
Mərkəzi Gömrük Hospitalının rəisi -Baş həkimi Bəxtiyar Musayevin rəhbərliyi, Kardiologiya şöbəsinin rəisi, invaziv-kardioloq İlqar Tahiroğlu, Əməliyyatxana, Reanimasiya və Anesteziologiya şöbəsinin anestezioloq-reanimatoloqlar Xəyal Məmmədov, Günel Cəfərova, Təcili tibbi yardım şöbəsinin rəisi, təcili tibbi yardım həkimi Füzuli Abışov və hospitalın peşəkar tibbi heyətinin operativ müdaxiləsi nəticəsində pasiyentə dərhal yüksək ixtisaslı tibbi yardım göstərilib.
Həmin görüntüləri təqdim edirik:
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












