Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ

Artıq məktəblər başlayıb, valideynləri düşündürən məsələlərdən biri də uşaqların telefon istifadəsidir. Bir tərəfdən dərslə bağlı bir çox şey artıq onlayndır və telefon lazım olur. Digər tərəfdən isə telefon uşağın fikrini dərsdən yayındıra bilər. Bəs məktəblinin telefonu olmalıdır, ya yox? Telefon uşağa nə qədər lazımdır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhsil eksperti, Politecnico di Torino Universitetinin doktorantı Etibar Vəzirov bildirib ki, telefonun tamamilə qadağan edilməsinin düzgün yanaşma deyil:
“Məncə, bu gün müzakirə “məktəblinin telefonu olmalıdır, ya yox?” sualından daha çox “telefon hansı yaşda, hansı məqsədlə və hansı qaydalarla istifadə edilməlidir?” sualı ətrafında aparılmalıdır. Çünki rəqəmsal texnologiyalar artıq təhsilin bir hissəsidir və telefonu uşağın həyatından tamamilə çıxarmaq nə realdır, nə də müasir təhsil yanaşmasına uyğundur.
Telefon dərs üçün faydalı vasitə ola bilər: şagird elektron resurslardan istifadə edə, müəllimlə əlaqə saxlaya, araşdırma apara və müxtəlif təhsil platformalarından yararlana bilər. Amma burada vacib məqam budur ki, telefon təhsil üçün zəruri vasitə deyil, düzgün istifadə edildikdə faydalı vasitədir. Eyni cihaz sosial şəbəkə, oyun və davamlı bildirişlər səbəbindən diqqətin ən böyük yayındırıcılarından birinə də çevrilə bilər”.
Ekspert məktəbdə telefon istifadəsinin sərbəst deyil, məqsədli olmasının vacibliyini vurğulayıb:
“Ona görə məktəbdə telefon istifadəsi sərbəst deyil, məqsədli olmalıdır. Dərs zamanı müəllim ehtiyac görmürsə, telefon kənarda saxlanılmalı, yalnız konkret tədris fəaliyyəti üçün istifadə edilməlidir. Valideyn nəzarətində də əsas məqsəd uşağın hər addımını izləmək deyil, sağlam rəqəmsal vərdiş formalaşdırmaqdır. Yaşa uyğun ekran vaxtı müəyyənləşdirmək, gecə telefon istifadəsini məhdudlaşdırmaq, sosial şəbəkə və tətbiqlərlə bağlı qaydaları əvvəlcədən razılaşdırmaq daha effektiv yanaşmadır. Yəni problem telefonun özündə deyil, onun nəzarətsiz və məqsədsiz istifadəsindədir. Məqsəd uşağı texnologiyadan uzaqlaşdırmaq deyil, ona texnologiyadan düzgün istifadə etməyi öyrətmək olmalıdır”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












