Uşaq qidalarının tərkibindəki maddələr risk daşıyır – Mütəxəssis RƏYİ

Son dövrlərdə bazarda müxtəlif çeşidli uşaq qidalarının sayı sürətlə artıb. Müxtəlif tərkib və brendlərlə təqdim olunan bu məhsullar artıq ana südünü əvəz edən qidalar kimi istifadə olunur. Lakin bəzi hallarda bu cür uşaq qidalarının tərkibində uşaqlar üçün ziyanlı ola biləcək maddələr aşkar edilir. Bu məsələ valideynlər arasında narahatlıq yaradır və uşaqların sağlamlığı baxımından geniş müzakirələrə səbəb olur. Həmçinin müəyyən məhsullarda təhlükəli maddələrin olması uşaqların böyüməsi və sağlamlığı baxımından suallar yaradır.

Məsələ ilə bağlı qida mütəxəssisi İlkin Şirinov Avtosfer.az-a açıqlamasında bildirib ki, uşaq qidaları ən həssas məsələlərdən biridir və bəzən suallar yaranır ki, uşaqların qidaları həqiqətən standartlara cavab verirmi?!
“Əvvəla, etiket məlumatları məhsulun üzərində göstərilənlərlə tam uyğun olmalıdır. Məhsulun markalanması və tərkibi açıq şəkildə göstərilməlidir. Bəzi hallarda isə xüsusilə həkimlərin müəyyən etdiyi hallar üzrə, uşaqların bəzi qidaları bağırsaq problemləri olan uşaqlara verilməsi qadağan ola bilər. Bu baxımdan, uşaq qidalarının seçimi və istifadəsi həmişə həkim məsləhətinə uyğun olmalıdır. Digər tərəfdən, təhlükəsizlik məsələsi də önəmlidir. Müşahidələr göstərir ki, mütəmadi yoxlamalar aparılır və hər hansı problem aşkarlandıqda uşaq qidaları geri çağırılır və ya məhv edilir. Lakin bu prosesin nəticəsini tam sıfırlamaq, yəni 100% təhlükəsizliyi təmin etmək həmişə mümkün olmur. Birinci növbədə satılan uşaq qidalarının saxlanma və satış şəraiti əsas məsuliyyət tələb edən məsələlərdən biridir. Çünki uşaq qidalarının günəş şüası düşən yerlərdə, marketlərdə və apteklərdə düzgün şəraitdə saxlanmaması yolverilməzdir. İkinci məsələ, uşaq qidalarının kimyəvi çirklənmə riskidir. Bəzi hallarda ağır metallar məsələn, qurğuşun, kadmium və ya digər kimyəvi maddələrlə çirklənmə baş verə bilər. Bu, uşaq qidalarının hazırlanması və qablaşdırılması prosesində ortaya çıxan bir amildir. Valideynlər bəzən uşaq qidalarını alarkən səhvlərə yol verirlər. Etiket məlumatlarını, qutunun üzərində yazılanları nəzərə almadan, sadəcə qutunun gözəlliyinə diqqət yetirirlər. Halbuki əsas məsələ məhsulun üzərində yazılanları oxumaq, tərkibini başa düşmək və orqanizm üçün mümkün riskləri qiymətləndirməkdir. Eyni zamanda, saxlama şəraiti və məhsulun yararlılıq müddətinə diqqət yetirmək vacibdir. Valideynlərin üzərinə düşən məsuliyyətlərdən biri də məhsulun vaxtını yoxlamaqdır”.
Nurcan Babək
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ










