Uşaqlarla büdcəyə uyğun səyahət: Valideynlər üçün 10 tövsiyyə

Artan inflyasiya fonunda yemək, yanacaq, əyləncə və xidmət qiymətləri sürətlə yüksəlir. Bu isə xüsusilə məktəb tətili dövrlərində ailə səyahətlərini daha baha edir. Buna baxmayaraq, aşağı büdcə ilə də səyahət etmək mümkündür. Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Lonely Planet”in tövsiyələrinə əsaslanan materialda uşaqlı ailələr üçün 10 effektiv qənaət üsulu təqdim olunub.
1. Populyar olmayan istiqamətləri seçin
Turizm baxımından az tanınan bölgələr adətən daha ucuz olur. Məsələn, Toskana əvəzinə Latsio kəndləri, Sidney əvəzinə Adelaida seçilə bilər. Bu həm xərcləri azaldır, həm də izdihamsız istirahət imkanı yaradır.
2. Yolun özünü səyahətə çevirin
Gecə qatarı, avtobus və ya bərə səfərləri otel xərclərinə qənaət etməyə imkan verir. Avtomobillə səyahət isə həm uçuş, həm də icarə xərclərini azaldır.
3. Valideyn icmalarından istifadə edin
Digər valideynlərin təcrübələri real büdcə planlamasında faydalıdır. Sosial şəbəkə qrupları və bloqlar hazır və ucuz marşrutlar tapmağa kömək edir.
4. Erkən planlama və ya mövsümdənkənar səyahət
Biletləri və otelləri aylar əvvəl bron etmək daha ucuzdur. Mövsümdənkənar dövrdə səyahət isə qiymətlərin xeyli aşağı olmasını təmin edir.
5. Ailə endirimlərini izləyin
Nəqliyyat və attraksionlar üçün ailə paketləri və kampaniyalar ciddi qənaət yarada bilər. Bəzi yerlərdə uşaqlar üçün pulsuz giriş imkanları da mövcuddur.
6. Açıq havada daha çox vaxt keçirin
Parklar, təbiət gəzintiləri və pikniklər bahalı əyləncə mərkəzlərini əvəz edə bilər. Kampinq həm ucuz, həm də uşaqlar üçün maraqlı seçimdir.
7. Öz yeməyini hazırlamaq imkanı olan yaşayış seçin
Mətbəxli mənzillər və ya hostellər otellərə nisbətən daha sərfəlidir. Bu həm də yemək xərclərini azaldır.
8. Kiçik xərclərə nəzarət edin
Su şüşəsi daşımaq, yeməyi supermarketdən almaq və turistik zonalardan uzaq alış-veriş etmək büdcəni qoruyur.
9. Səfərin formatını dəyişin
Qısa və tez-tez səyahət əvəzinə daha uzun və sabit qalmaq daha sərfəlidir. Uzaqdan işləmə imkanı varsa, uzunmüddətli səfərlər də mümkündür.
10. Gözləntiləri düzgün tənzimləyin
Bahalı otellər əvəzinə sadə yaşayış yerləri seçmək uşaqlar üçün problem yaratmır. Əsas olan birlikdə vaxt keçirməkdir. Əlavə olaraq qeyd olunur ki, düzgün planlama və realist gözləntilər ailə səyahətlərini həm daha ucuz, həm də daha rahat edə bilər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












