Uşaqpulu ilə bağlı mühüm YENİLİK – Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir.
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, uşaqpuluna yalnız iqtisadi xərc və ya göstərici kimi yanaşmaq düzgün deyil:
“Bu məsələ, ilk növbədə, dövlətin sosial siyasətinin bir istiqamətidir. Uşaqpulu Azərbaycanın demoqrafik problemlərinin həllinə, ailələrin və əhalinin sayının artmasına stimullaşdırıcı təsir göstərər. Hazırda evlənmə və boşanma səbəbləri arasında sosial amillər də mühüm yer tutur. Vətəndaşların maddi imkanlarının məhdud olması ailələrdə müxtəlif problemlərə, o cümlədən övlad sayının azalmasına və boşanmalara səbəb ola bilir. Bu baxımdan, uşaqpulunun verilməsi ailə büdcəsinə müəyyən dəstək göstərə bilər”.
Ekspert bildirib ki, uşaqpulunun verilməsi dövriyyədəki pul kütləsinə və müəyyən iqtisadi göstəricilərə təsir göstərəcək:
“Lakin bunu iqtisadi problemlərin həlli üçün əsas mexanizm kimi qiymətləndirmək olmaz. İqtisadi inkişaf baxımından işsizliyin azaldılması, yeni iş yerlərinin yaradılması, kiçik biznesə dəstəyin artırılması və kreditlərə əlçatanlığın təmin edilməsi əsas istiqamətlərdir. Uşaqpulu isə bu tədbirlərlə yanaşı, ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən mexanizm kimi nəzərdən keçirilməlidir.
Təsadüfi deyil ki, Milli Məclisdə bu məsələ ilə bağlı müzakirələrin aparılması gözlənilir. Çoxuşaqlı ailə anlayışında uşaq sayının 5-dən 3-ə endirilməsi də müzakirə olunan məsələlərdəndir. Üç və daha çox uşağı olan ailələr üçün belə bir mexanizmin tətbiqi ailə büdcəsinə əlavə dəstək deməkdir. Bu baxımdan, uşaqpuluna yalnız xərc kimi deyil, dövlətin sosial və demoqrafik siyasətinin istiqamətlərindən biri kimi yanaşmaq daha məqsədəuyğundur”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












