Uzun müddət oturmaq ölüm riskini yüksəldir

Hər əlavə saat oturaq vəziyyətdə qalmaq onkoloji xəstəliklərdən ölüm riskini orta hesabla 10 faiz artırır.
Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "PLoS Medicine" jurnalında dərc olunan araşdırmada bildirilib.
Tədqiqat çərçivəsində orta yaşı 56 olan 91 mindən çox insanın göstəriciləri təhlil edilib. İştirakçılar 12 il ərzində mütəxəssislərin nəzarəti altında olublar.
Araşdırmanın nəticələrinə görə, oturaq həyat tərzini fiziki aktivliklə əvəz etmək xərçəngdən ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. Belə ki, gün ərzində bir saat yüngül fiziki aktivlik riski 12 faiz azaldır. Hərəkətsizliyin 30 dəqiqəsini orta intensivlikli idmanla əvəz etmək riski 8 faiz, cəmi beş dəqiqə ağır fiziki fəaliyyət isə 22 faiz aşağı salır.
Bundan əlavə, mütəxəssislər müəyyən ediblər ki, fasiləsiz oturaraq keçirilən hər əlavə saat bütün növ şişlərin yaranma riskini 3 faiz, ikinci tip diabet və ya piylənmə ilə əlaqəli xərçəng növlərinin inkişaf ehtimalını isə 5 faiz artırır.
Tədqiqatın nəticələrinə əsasən, uzun müddət oturduqdan sonra fiziki məşqlə əlaqəli olmasa belə, qısa hərəkət fasiləsi ölüm riskini 19 faiz azalda bilər.
Alimlər vurğulayırlar ki, qısamüddətli hərəkət fasilələri də mühüm profilaktik əhəmiyyət daşıyır. Gün ərzində cəmi beş dəqiqə aktiv olmaq sağlamlığa zərər verə biləcək bir sıra risklərin qarşısının alınmasına kömək edir.
Tədqiqat müəlliflərinin qənaətinə görə, gələcək elmi araşdırmalar fiziki aktivliklə bağlı daha konkret tövsiyələrin hazırlanmasına və onların xərçəngin profilaktikasına yönəlmiş dövlət səhiyyə proqramlarında tətbiqinə imkan yaradacaq.
Qeyd edək ki, bundan əvvəl cərrah-onkoloq Anastasiya Fatyanova zahirən təhlükəsiz görünən bəzi xərçəng əlamətlərinə diqqət çəkmişdi. Mütəxəssis bildirmişdi ki, insanların yaşlanma və ya streslə əlaqələndirdiyi bəzi simptomlar əslində ciddi xəstəliyin ilk xəbərdarlıq siqnalları ola bilər.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










