"Valideynlər olmasa, Hindistandakı kimi yerdə oturacaqdıq" - Acınacaqlı vəziyyətdə olan məktəb - VİDEO

Vaxtilə təxminən 2 000-ə yaxın şagirdin təhsil aldığı məktəbdə hazırda 900-ə yaxın şagird oxuyur. Buna səbəb kimi təhsil ocağının qəzalı vəziyyətdə olması göstərilir. Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, şikayətçilər Lənkəran şəhər 10 saylı tam orta məktəbin əsaslı təmirə ehtiyacı olduğunu bildirirlər.
Məktəb müəllimi Ziyafət Bayramovanın sözlərinə görə, təhsil müəssisəsi 1985-ci ildə istifadəyə verilsə də, bu müddət ərzində əsaslı təmir aparılmayıb:
"Sinif otaqlarında toz qalxır, sement örtüyü aşınıb. Bu vəziyyət uşaqların sağlamlığı üçün də risk yaradır. İllər ərzində məktəb demək olar ki, bərbad vəziyyətə düşüb. Əgər bu günə qədər fəaliyyət göstəribsə, bu daha çox valideynlərin dəstəyi hesabına olub. Hər il imkan daxilində məktəbə müəyyən köməklik göstərmişik. Yoxsa indi Hindistan məktəbləri kimi yerdə oturmalı olardıq".
"Məktəb çox qəzalı vəziyyətdədir. Sinif otaqları bərbad haldadır və tədris üçün uyğun deyil. Qış aylarında isə uşaqların burada təhsil alması demək olar ki, mümkün olmur. Ümumilikdə vəziyyət çox ağırdır", - valideyn Zamin Rzayev bildirib.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












