Valideynlərin qeyri-adi ad seçimi; tarixi adlar sıradan çıxır? - SOSİOLOQ

Son illərdə Azərbaycanda uşaqlara ad seçimi sahəsində maraqlı bir dəyişiklik müşahidə olunur. Tarixi adlar yerini getdikcə daha az rast gəlinən, bəzən eşidilməyən, qeyri-adi adlara verir. Valideynlər artıq yalnız ailə və ya dini ənənələrə bağlı qalmır, eyni zamanda fərqlilik, yaradıcılıq və bənzərsizliyi ön plana çıxarırlar. Bu tendensiya, cəmiyyətin adət-ənənələr, identiklik və fərdi ifadə sahəsindəki dəyişikliklərinin bir əksi kimi görünür. İnsanların uşaqlarına ad seçərkən fərqliliyi vurğulaması həm mədəniyyətin, həm də sosial davranışların dəyişdiyini göstərən bir nümunədir.
Məsələ ilə bağlı sosioloq Rəvan Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, valideynlər bəzən uşağa elə ad qoyur ki, nə mənası, nə kökü var, nə də kimsə eşidib:

“Deyirlər, fərqli olsun. Yaxşı, fərqli olmaq pis deyil, amma bu qədər də yox. Ad elə-belə məfhum deyil. Ad insanın kimliyidir, keçmişidir, babasının, nənəsinin izidir. Bu gün modernlik adı ilə uydurma adlar qoyuruq, sabah uşaq böyüyəndə nə özü başa düşəcək, nə də başqası. Hətta çox vaxt adam utanır adını deməyə. Bu bir az da dəb xəstəliyidir. Hamı çalışır ki, digərlərindən seçilsin, amma fərqlənmək üçün kökdən qopmaq düzgün deyil. Bu gedişlə sabah elə olacaq ki, “Əli”, “Vəli”, “Leyla”, “Fatimə” kimi adlar nadir tapılacaq. Bu isə artıq zarafat deyil. Bu, yavaş-yavaş öz kimliyimizi itirməkdir. Ad məsələsində bir az ağıllı olmaq lazımdır. Nə qədər yeni olsa da, bir kökü, bir mənası olmalıdır. Yoxsa bu iş yaxşı yerə getmir”.
Nurcan Babək
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












