Vergi güzəşti bitir, qiymət kəskin arta bilər - SATMAĞA TƏLƏSMƏYİN!

Azərbaycanda qızıl və gümüşdən zərgərlik məmulatlarının istehsalı üçün avadanlıqların idxalına, eləcə də fiziki şəxslərin gətirdiyi müəyyən qızıl, platin və zərgərlik məmulatlarına tətbiq olunan ƏDV və aksiz güzəştlərinin müddəti gələn ildən başa çatacaq.
Avtosfer.az xəbər verir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, bir sıra güzəştlərin müddəti 2027-ci il yanvarın 1-də tamamlanacaq.
Belə ki, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq qurumun təsdiqedici sənədi əsasında dəzgah, avadanlıq və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən 6 il müddətinə ƏDV-dən azad edilib.
Bununla yanaşı, fiziki şəxslərin şəxsi istifadəsi üçün idxal etdiyi platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, həmçinin emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz da 2021-ci il yanvarın 1-dən 6 il müddətinə aksizdən azad olunub.
Beləliklə, hər iki güzəşt üzrə nəzərdə tutulan 6 illik müddət 2026-cı ilin sonunda başa çatır. Bu səbəbdən güzəştlərin müddəti uzadılmadığı və ya başqa qayda müəyyən edilmədiyi halda, 2027-ci il yanvarın 1-dən sözügedən idxal əməliyyatları üzrə ƏDV və aksizdən azadolmalar tətbiq edilməyəcək.
Qeyd edək ki, sözügedən güzəştlərin müddətinin uzadılması ilə bağlı hələlik aidiyyəti rəsmi qurumlardan heç bir açıqlama verilməyib./ajans.az
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












