"WhatsApp" ödənişli oldu

"WhatsApp" ödənişli oldu"WhatsApp" yeni ödənişli abunə xidməti olan "WhatsApp Plus" paketini bəzi ölkələrdə sınaqdan keçirməyə başlayıb. Avtosfer.az Metbuat.az-a istinadən xəbər verir ki, yeni xidmət istifadəçilərə standart versiyada olmayan əlavə fərdiləşdirmə imkanları təqdim edir. Abunəçilər tətbiqin görünüşünü dəyişmək üçün eksklüziv mövzular və xüsusi ikonlardan istifadə edə biləcəklər. Bundan əlavə, istifadəçilərə çat siyahısında daha çox söhbəti sabitləmək imkanı veriləcək. Paketə fərdi zəng səsləri və yalnız abunəçilər üçün nəzərdə tutulan xüsusi bildiriş tonları da daxildir. "WhatsApp Plus" istifadəçiləri eksklüziv stiker paketləri və əlavə emojilər əldə edəcəklər. Meta şirkəti bu yeniliklə tətbiqdən daha aktiv istifadə edən şəxslərə geniş imkanlar təqdim etməyi hədəfləyir. Hələlik "WhatsApp Plus"un aylıq abunə qiyməti və qlobal təqdimat tarixi barədə rəsmi məlumat açıqlanmayıb.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












