"WhatsApp"ın sevimli özəlliyi ləğv olunur

Dünyanın ən çox istifadə edilən mesajlaşma tətbiqlərindən olan "WhatsApp", istifadəçilərin profillərində rəqəmsal personajlar yaratmasına imkan verən avatar funksiyasını mərhələli şəkildə ləğv etmək qərarına gəlib.
Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl istifadəyə verilən bu funksiya vasitəsilə istifadəçilər üz forması, saç düzümü və geyim kimi detalları seçərək özlərinə məxsus avatarlar tərtib edə və onlardan profil şəkli kimi istifadə edə bilirdilər. Lakin edilən yeniliklərə və yeni stiker seçimlərinə baxmayaraq, bu funksiyanın gözlənilən marağı görmədiyi məlum olub.
Bu səbəbdən "WhatsApp" istifadə göstəricilərinin aşağı olmasını əsas gətirərək, avatar yaratma və redaktə etmə alətlərini bütün platformalardan tədricən yığışdırır. Artıq istifadəçilər nə profil tənzimləmələrində, nə də klaviatura bölməsində bu seçimlərə rast gəlməyəcəklər.
Digər tərəfdən, daha əvvəl göndərilmiş avatar stikerləri tamamilə silinməyəcək və söhbət tarixçəsində görünməyə davam edəcək.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












