Yaxın Şərqdə gərginlik artır, səfərlər təxirə salınır - Vətəndaşlara vacib xəbərdarlıq - VİDEO

İran, ABŞ və İsrail arasında artan gərginlik bölgədə narahatlığı gücləndirib. Vəziyyət turizm və aviasiya sektoruna da təsir göstərməyə başlayıb. Turizm şirkətlərinin açıqlamasına görə, son günlər bilet ləğvlərinin sayı xeyli artıb. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir. Ekspertlər hesab edirlər ki, regionda gərginlik davam edərsə, bu vəziyyət həm turizm sektoruna, həm də beynəlxalq aviasiya əlaqələrinə daha ciddi təsir göstərə bilər.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, insanların təhlükəsizliyə önəm verərək turizm səfərlərinin və planlarının dəyişməsi turizm sektoru üçün əlavə risk və xərclər yaradır:
“Qarşıdakı Novruz bayramı günləri uzunmüddətli tətil dövrü hesab olunurdu və turizm üçün önəmli bir dövr idi. Lakin müharibənin bu zamana təsadüf etməsi turizm şirkətlərini planlarını tamamilə dəyişməyə məcbur edib. Qısamüddətli dönəmdə tur paketləri və bilet qiymətləri risk səbəbindən və tələbat azaldığı üçün bir qədər aşağı düşə bilər. Amma ortamüddətli dövrdə isə qeyri-müəyyənlik və gərginliklər yeni marşrutların formalaşmasına səbəb olduğundan təyyarə biletlərinin qiymətində daha sonra bahalaşma müşahidə oluna bilər”.
Qeyd edək ki, mövcud vəziyyət yerli turizmə marağı artırıb. Novruz ərəfəsində bölgələrdə fəaliyyət göstərən hotellər və kirayə evlərə müraciətlər artıb. Hotellərdə ikinəfərlik qiymətlər minimum 150 manatdan başlayaraq 400 manatadək davam edir.
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ










