Yay tətili planlayanların diqqətinə: Səfərlərdə yeni tendensiya

Artıq yay mövsümü qapını döyür və insanların səyahət planları da tədricən aktiv fazaya keçir. İlin bu dövrü ənənəvi olaraq istirahət, yeni məkanlar kəşf etmək və gündəlik iş rejimindən uzaqlaşmaq üçün ən əlverişli vaxt hesab olunur. Məhz buna görə də bir çoxları indidən xaricə səfər planlarını qurur, uçuş biletlərini əvvəlcədən alaraq həm yer tapmaq, həm də daha sərfəli qiymətlərdən yararlanmağa çalışır. Son illərdə xüsusilə yay aylarında turizmə marağın artması erkən rezervasiyanı demək olar ki, zərurətə çevirib.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Əziz Şiriyev vurğuladı ki, yay ayının başlamasına sayılı günlər qalıb.

"Turizmdə ən vacib məsələ ilk növbədə təhlükəsizlik, ikinci isə hava şəraitidir ki, hava şəraitinin günəşli və əlverişli keçməsi insanların səyahətə marağını daha da artırır. İnsanlar istirahətlərini rahat və keyfiyyətli keçirmək istəyirlər. Hazırda həm qrup şəklində, həm də fərdi şəkildə Azərbaycana gələnlərin sayında, eləcə də vətəndaşlarımızın xarici səfərlərində artım müşahidə olunur. Qrup şəklində gələnlər daha çox Asiya və Avropa ölkələrindən olur. Fərdi şəkildə isə əsasən müxtəlif tədbirlərlə bağlı səfərlər həyata keçirilir. Hazırda ölkəmizdə, bildiyiniz kimi, Ümumdünya Şəhərsalma Forumu keçirilir. 60 ölkənin səfirlikləri vasitəsilə həmin ölkələrdən Azərbaycana xeyli sayda qonaq gəlir. Qonaqlar da turist hesab olunur, çünki otellərdə qalır, nəqliyyatdan istifadə edir, restoran xidmətlərindən yararlanır və turizmə birbaşa və dolayısı ilə bağlı digər xidmətlərdən istifadə edir. Bu isə Azərbaycan iqtisadiyyatına və ölkə vətəndaşlarının sosial rifahına müsbət təsir göstərir", - deyə o qeyd etdi.
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...
Avtobuslarda məsafəyə görə ödəniş: Bakıda necə xidmət göstərəcək?
Bakıda metro ilə bağlı QƏRAR - Sərnişinlərin diqqətinə!












