"Yayda toz-torpaq, qışda isə palçıq" - Sakinlərin yol dərdi - VİDEO

Ağsu rayonunda həm magistral, həm də kənd yollarının bərbad vəziyyəti sakinlərin ciddi narazılığına səbəb olub. Avtosfer.az-ın "Baku TV"yə istinadən məlumatına görə, Göyçay-İsmayıllı-Ağsu avtomobil yolunun bir sıra hissələrində asfalt örtüyü tamamilə sıradan çıxıb. Eyni zamanda, Ağsu-Şamaxı yolunun bəzi hissələrinin də istifadəyə yararsız olduğu bildirilir. Rayonun Ərəbuşağı və Ağalarbəyli kəndlərini birləşdirən təxminən 4 kilometrlik yol isə hələ də asfaltlanmayıb. Yolun yalnız torpaq və çınqıldan ibarət olması sürücülər üçün çətinliklər yaradır. Kənd sakinlərinin sözlərinə görə, yayda toz-torpaq, qışda isə palçıq içində qalan yolda hərəkət etmək az qala imkansızdır. Yolun bərbad vəziyyətdə olması avtomobillərin tez-tez sıradan çıxmasına və vətəndaşların əlavə təmir xərclərinə düşməsinə səbəb olur. Sakinlər problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, hələ ki, bir nəticə əldə olunmayıb.
Qeyd edək ki, sözügedən ərazidə 200-dən çox ev və min nəfərdən artıq sakin yaşayır. Yerli əhali aidiyyəti qurumlardan yolun əsaslı şəkildə təmir edilməsini və asfalt örtüyünün çəkilməsini tələb edir.
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT












