Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat

Bakının Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli binanın sakinləri binanın yaxınlığında aparılan işlərdən narahat olduqlarını bildiriblər.
Avtosfer.az Milli.az-a istinadla xəbər verir ki, sakinlərin iddiasına görə, binanın alt hissəsində ticarət mərkəzinə metrodan keçid üçün tikinti işləri aparılır və bu proses onların yaşayış şəraitinə təsir edir. Onlar qazıntı və digər işlərin binanın təhlükəsizliyi ilə bağlı narahatlıq yaratdığını qeyd edirlər.
Binanın komendantı kimi təqdim olunan İsa Talıblı isə bildirib ki, söhbət gedən ərazi binaya deyil, metro infrastrukturuna aiddir və aparılan işlərin yaşayış binasına hər hansı aidiyyəti yoxdur.
Məsələ ilə bağlı "Bakı Metropoliteni"ndən bildirilib ki, "Həzi Aslanov" stansiyasının 5-ci çıxışı istiqamətində yerləşən ticarət mərkəzi tərəfindən həmin əraziyə birbaşa keçidin təşkili ilə bağlı təmsil etdiyi quruma müraciət olunub. Müraciətə baxılaraq, "Bakı Metropoliteni"nin müəyyən etdiyi texniki şərtlər, tikinti norma və qaydaları, eləcə də bütün təhlükəsizlik tələblərinin tam təmin edilməsi şərti ilə keçidin inşasına razılıq verilib. Yeni keçid sərnişinlərin hərəkətinin daha rahat və təhlükəsiz təşkilinə, eləcə də sərnişin axınının daha səmərəli yönləndirilməsinə xidmət edəcək.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












