Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

“Yaşıl enerji” keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin “birinci yanacaq” adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerji təhlükəsizliyini möhkəmləndirir, iqtisadi xərcləri və emissiyaları aşağı salır”.
Avtosfer.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bərpaolunan enerjinin inkişafı və enerji səmərəliliyinin artırılması “Təmiz ətraf mühit və yaşıl artım” milli prioritetinin həyata keçirilməsində bir-birini tamamlayan iki mühüm istiqamətdir.
Nazir vurğulayıb ki, günəş və külək enerjisi hesabına istehsal imkanları genişləndikcə, sənayedə, binalarda və kommunal təsərrüfatda enerji itkilərinin azaldılması, qənaətcil texnologiyaların və rəqəmsal idarəetmənin tətbiqi də xüsusi əhəmiyyət qazanır:
“Bu sahədə son illərdə aparılan hüquqi və institusional islahatlar artıq praktiki nəticələrlə müşayiət olunur. Enerji idarəçilərinin sayı artıq 115-ə yüksəlib. Enerji auditi üzrə 12 ixtisas attestatı verilib. Binaların enerji göstəricilərinin qiymətləndirilməsi və istehlakın daha səmərəli idarə olunması üçün 2027-ci il yanvarın 1-dən rəqəmsal enerji pasportlaşdırılmasının tətbiqinə hazırlıq görülür. Enerji Effektivliyi İnformasiya Sistemi isə istehlak məlumatlarını, audit və hesabatlılıq proseslərini vahid rəqəmsal mühitdə birləşdirərək bu sahədə daha dəqiq təhlil və nəzarət imkanları yaradır”./olke.az
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












