Yer yoxdur, qiymətlər isə artır - Bakıda parkinq böhranı - VİDEO

Parkinqdə ödənişsiz dəqiqələr yoxdur... Qiymətlər 3 manatdan 25 manatadək dəyişir... Boş yer tapmaq müşkülə çevrilib... Avtosfer.az xəbər verir ki, paytaxtda avtomobillərin sayı artdıqca parkinq problemi də daha qabarıq şəkildə hiss olunur. Xüsusilə, yeni tikilən yaşayış komplekslərinin ətrafında avtomobillərin səkilərdə, yol kənarlarında və hətta yaşıllıq sahələrində saxlanılması artıq adi hala çevrilib.
Bəs Bakıda çoxmərtəbəli parkinqlər niyə azdır?
Sürücülər bildirirlər ki, bəzi yaşayış binalarında yeraltı qarajlar olsa da, onların tutumu bütün sakinlərin ehtiyaclarını qarşılamır. Nəqliyyat üzrə ekspertlər hesab edirlər ki, şəhərin müəyyən ərazilərində çoxmərtəbəli parkinqlərin inşası küçələrdə parklanmanın azalmasına və nəqliyyat axınının daha səmərəli təşkilinə kömək edə bilər. Ekspert Adil Nəbiyevin sözlərinə görə, son illərdə tikilmiş bir çox yaşayış binalarında mənzillərin sayı ilə avtomobil dayanacaqlarının sayı arasında ciddi uyğunsuzluq müşahidə olunur. Onun fikrincə, bu problemin həlli istiqamətində əlavə tədbirlərin görülməsinə ehtiyac var.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












