Yeraltı keçidlər özəlləşdiriləcək? - AÇIQLAMA

Nəqliyyat eksperti Rauf Ağamirzəyev təklif edir ki, mövcud yeraltı keçidlərin bir hissəsinin təyinatına yenidən baxılması və onların kommersiya məqsədləri üçün istifadəyə verilməsi də müzakirə oluna bilər. Bu cür yanaşmalar artıq Gürcüstanın paytaxtı Tbilisidə və Avropanın bir çox ölkələrində uğurla tətbiq edilir.
Bakıda eskalatorlar işləmir, İNSANLAR ƏZİYYƏT ÇƏKİR - Yeraltı keçidlər ləğv olunsun?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən deputat Vüqar Bayramov vurğuladı ki, belə bir praktika bir sıra ölkələrdə tətbiq olunur:

"Keçidlər, körpülər və bəzi infrastruktur obyektləri özəl sektorun idarəetməsinə verilir. Özəl sektor da həmin istiqamətdə infrastrukturun yenilənməsini həyata keçirir və təbii olaraq, həmin ərazilərdə müəyyən ödənişli xidmətlər təklif edir. Mən hesab edirəm ki, Azərbaycanda, xüsusən də keçidlərin özəl sektorun istifadəsinə verilməsinə ciddi ehtiyac yoxdur. Çünki bir tərəfdən ölkənin maliyyə imkanları infrastrukturun yenilənməsinə və mütəmadi təmirinə vəsait ayrılmasına şərait yaradır. Digər tərəfdən, son illərdə bu istiqamətdə dövlət büdcəsi hesabına kifayət qədər böyük həcmdə vəsait xərclənib. Sadəcə, nəzarətin gücləndirilməsinə, mövcud problemlərin aradan qaldırılmasına və bu məsələlərlə bağlı məlumatların daha geniş şəkildə ictimaiyyətə çatdırılmasına ehtiyac var. Bu prosesdə medianın rolu çox böyükdür. Çünki media bu cür halları işıqlandırdıqda, problemlərin daha qısa müddətdə aradan qaldırılması mümkün olur. Ona görə də düşünürəm ki, dövlətin mövcud maliyyə imkanları bu tip problemlər yarandığı zaman onların aradan qaldırılması üçün kifayət edir".
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












