Zəifləmiş dünya iqtisadiyyatını yeni bir qlobal şok gözləyir - Qiymətlər artacaq

"Deutsche Bank”ın qiymətləndirməsinə görə, 2026-cı ildə müşahidə oluna biləcək güclü El-Nino iqlim hadisəsi dünya iqtisadiyyatında yeni inflyasiya dalğasına səbəb ola bilər. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə "Business Insider” məlumat yayıb. Bankın iyulun 20-də müştərilərinə göndərdiyi hesabatda bildirilir ki, bu il Sakit okeanda xüsusilə güclü istiləşmə ehtimalı var. Mövcud inflyasiya amilləri ilə birlikdə bu proses istehlak qiymətlərinin daha da artmasına səbəb ola bilər. El-Nino Sakit okeanın şərq hissəsində baş verən dövri istiləşmə və soyuma proseslərinin bir hissəsidir və dünyada hava şəraitinə təsir göstərir. Tarixən bu hadisə daşqınlar, quraqlıqlar, temperatur dəyişiklikləri və müxtəlif xəstəliklərin yayılması riskinin artması ilə müşayiət olunub. Nəticədə ərzaq istehsalı, su elektrik stansiyalarının fəaliyyəti və dəniz daşımaları çətinləşə bilər. Məsələn, 2024-cü ildə El-Ninno Panama kanalında su səviyyəsinin azalmasına səbəb olub və bu da dəniz daşımaları tariflərinin artmasına gətirib çıxarıb. Əvvəlki illərdə isə daşqınlar və quraqlıqlar kənd təsərrüfatına və heyvandarlığa ciddi zərər vuraraq ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olub.

Enerji və ərzaq qiymətlərinə əlavə təzyiq
"Deutsche Bank” hesab edir ki, bu dəfə güclü El-Nino ABŞ ilə İran arasında davam edən müharibə fonunda neft qiymətlərinin kəskin bahalaşması ilə eyni vaxta təsadüf edə bilər. Bankın fikrincə, dünya iqtisadiyyatı hazırda belə ikiqat təsirə məruz qalmaq üçün kifayət qədər dayanıqlı deyil. Ərzaq və enerji qiymətlərinin eyni vaxtda artması inflyasiyanı sürətləndirə bilər. Hörmüz boğazının bağlanması ehtimalı isə qlobal təchizat zəncirlərində əlavə problemlər yaradaraq qiymətlərə yeni təzyiq göstərə bilər. Oxşar vəziyyət 1970-ci illərdə də müşahidə olunub. Həmin dövrdə neft böhranı və "El-Ninyo” hadisəsi inflyasiyanın sürətlənməsinə təsir göstərib. Analitiklər hesab edirlər ki, belə ssenari uzunmüddətli inflyasiya dövrünə və faiz dərəcələrinin yüksəlməsinə səbəb ola bilər.
ABŞ-nin İqlim Proqnozlaşdırma Mərkəzinin məlumatına görə, iyul–sentyabr aylarında "El-Ninyo”nun "güclü” səviyyəyə çatma ehtimalı 73 faiz, oktyabr–dekabr aylarında isə "çox güclü” olması ehtimalı 81 faiz təşkil edir.

Ərzaq bazarına təsir
Mütəxəssislər bildirirlər ki, bu il El-Ninonun qlobal ərzaq qiymətlərinə təsiri İran müharibəsinin təsirindən daha böyük ola bilər. Proqnozlara görə, bu hadisə ançous balığının ehtiyatlarının azalmasına səbəb ola bilər ki, bu da balıq və dəniz məhsullarının bahalaşmasına gətirib çıxara bilər. Ançous dünya akvakultura sənayesi üçün əsas xammal mənbələrindən biri hesab olunur. Bundan əlavə, El-Nino Braziliyada qəhvə istehsalına da mənfi təsir göstərə bilər. İstehsalçılar artıq qəhvə qiymətlərinin ən azı növbəti iki il ərzində yüksək səviyyədə qalacağını bildirirlər.
Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi - VİDEO
Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi
Baş nazir qərar imzaladı
AZZA-nın tortundan görün nə çıxdı - VİDEO
Kəlbəcərdə nəhəng ilan aşkarlandı - VİDEO
Hirkan Milli Parkında xoşagəlməz görüntülər - VİDEO
Binəqədidə sakinlərin canını boğaza yığan yollar - VİDEO
Başçısız qalan icra hakimiyyətləri - SİYAHI
“Uşaqlar məktəbə 2 saat gec getsin” - Çevik rejimdə bu mümkündürmü?
Kommunal ödənişlərdən kimlər azad oluna bilər? - VACİB AÇIQLAMA
Sabah bu ərazilərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ










