ABŞ azərbaycanlının dizaynı əsasında “Tank” hazırladı – FOTO

ABŞ azərbaycanlı Samir Sadıqovun dizaynı əsasında yeni “Tank” hərbi yolsuzluq avtomobilini təqdim edib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, ABŞ-ın “Rezvani Motors” şirkətinin hazırladığı “Tank” 2017-ci ildən bəri buraxılan ilk yolsuzluq avtomobilidir.
Şirkətin saytında dərc olunan məlumata görə, avtomobilin dizayneri Gəncə sakini, İtaliyanın Dizayn institutunun məzunu Samir Sadıqovdur.
Samir Sadıqov uzun illərdir avtomobillərin dizaynının hazırlanması ilə məşğuldur. Bu, Sadıqov tərəfindən Amerika şirkətinə təqdim olunan sayca 3-cü layihədir. O, həmçinin, Volkswagen, Ferrari və Lamborghini kimi dünya nəhəngləri ilə əməkdaşlıq edib.
“Tank Military Edition” adını almış avtomobil “Tank” modelindən zirehli kuzovu, əlavə müdafiə vasitələri və 717 at qüvvəli V8 Hellcat mühərriki ilə fərqlənir.
Yeni model avtomobil zirehli kapsulaya və hücum tüfənginin atəşinə davam gətirən şüşələrə sahib olub. Avtomobilin akkumulyator batareyası və yanacaq çəni də kevlardan hazırlanmış müdafiə örtüyü ilə təchiz edilir. “Tank Military Edition” avtomobilinin altı da partlayışlardan müdafiəni təmin etmək üçün gücləndirilib.
“Tank Military Edition” modelinin təchizatına radiatorun müdafiəsi, hərbi şinlər, çıxan qapı dəstəkləri, tüstü qatı sistemi, gecə görüntü sistemi, gözqamaşdıran işıqlar, stroboskoplar, sirena, əleyhqazlar, ilk yardım dəsti və soyuqdan müdafiə sistemi daxildir. Əlavə avadanlıq siyahısına bir neçə növ tənzimlənən asqı sistemi, interyer tərtibatı və rəng həlləri daxil edilib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











