“Ağıllı” piyada keçidləri yaradıldı

Çinin Çuntsin şəhərinin mərkəzində üç ədəd “ağıllı” piyada keçidi qurulub. Bu keçidlər piyadaların təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “Sixnua” agentliyi məlumat yayıb.
Geomaqnit skanlaşdırma texnologiyasından istifadə etməklə keçidlər xüsusi işıqların köməyilə sürücüləri piyadalar barədə məlumatlandırır.
Əgər avtomobil piyadaya 50 metrdən çox məsafədə yaxınlaşsa, audio-xəbərdarlıq səslənir.
Kameralar isə keçiddə piyadaya yol verməyən avtomobilləri qeydiyyata alır.
“Bu texnologiyanın köməyilə yolu keçmək daha təhlükəsiz olub”, - Fu soyadlı yerlı sakin deyib.
Hər üç piyada keçidi şəhərin ən işlək yollarında yerləşir. Şəhərin bir çox yerlərində bu cür piyada keçidlərinin qurulması nəzərdə tutulur.
Qeyd edək ki, Çində keçidlərin olması piyadaların onlardan faydalana biləcəyi anlamına gəlmir. Və ya əksinə, nəqliyyat vasitəsi olmayan yolun hər hansı hissəsi piyada keçidi kimi istifadə edilə bilər.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










