Aya ilk turist uçuşu təxirə salındı

“SpaceX” şirkəti Ay orbitinə ilk kosmik turistlərin uçuş vaxtını təxirə salıb. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, startın 2018-ci ilə planlaşdırılmasına baxmayaraq, şirkət heç bir səbəb açıqlamadan onu 2019-cu ilin ortalarına keçirib. Uçuş vaxtının növbəti dəfə dəyişdirilməsi də istisna edilmir. “SpaceX” nümayəndəsi Ceym Qlison uçuşun təxirə salınması faktını təsdiq edərək bildirib ki, şirkət Yer peykinə turist uçuşları ilə bağlı planlarından imtina etməyi düşünmür.
Qeyd edək ki, “Space X” şirkətinin təsisçisi İlon Mask “Big Falcon Rocket” (BFR) sisteminin layihəsini 2017-ci ilin sentyabrında təqdim edib. Sistemə yüksək ağırlıqlı çoxdəfəli raket (birinci pillə) və 100 nəfərlik sərnişin tutumuna malik pilotlu hava gəmisi (ikinci pillə) daxildir. O, yerətrafı uçuşlar, kosmik aparatların buraxılışı, eləcə də Ay və Marsa missiyalar üçün nəzərdə tutulub. Son nəticədə layihənin “Space X” şirkətinin bütün mövcud və yaradılan raket və gəmilərini əvəz edəcəyi planlaşdırılır.
Şirkət nümayəndələrinin sözlərinə görə, 10 il ərzində istifadəyə veriləcək “BFR”, həmçinin Yer hüdudlarında və ya Marsa təxminən 100 nəfərin daşınmasına hesablanacaq. Plana görə, nəqliyyat sistemi insanı təqribən 1 saata Yer kürəsinin istənilən guşəsinə çatdıracaq. Biletin qiyməti isə Transatlantik təyyarə uçuşları üçün ekonom sinfindən baha, biznes sinfindən isə ucuz (bir neçə min dollar) olacaq.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












