Ayda nüvə elektrik stansiyası tikəcəklər

Rusiya Federal Kosmik Agentliyi (“Roskosmos”) 2036-cı ilədək Ayda nüvə elektrik stansiyası inşa etməyi nəzərdə tutur. Layihənin məqsədi Ay səthində yaradılacaq infrastrukturun enerji təminatını həyata keçirməkdir. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiyanın 2036-cı ilə qədər kosmik fəaliyyətlərini əhatə edən proqram sənədinə əsasən, nüvə elektrik stansiyası ölkənin Ay proqramı və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
“Roskosmos”, eyni zamanda, 2036-cı ildən sonra nüvə enerjisi ilə işləyən kosmik nəqliyyat vasitələri hazırlayıb istismara verməyi də planlaşdırır.
Proqram çərçivəsində Rusiyanın digər hədəfləri arasında milli orbital stansiyanın qurulması, pilotsuz kosmik aparatlarla Ayın tədqiqi və Ay torpaq nümunələrinin Yerə gətirilməsi də yer alır.
Planlara görə, “Luna-26” missiyası 2028-ci ildə, “Luna-27/1” və “Luna-27/2” aparatları isə müvafiq olaraq 2029 və 2030-cu illərdə buraxılacaq. “Luna-28”, “Luna-29” və “Luna-30” missiyalarının isə 2032-2036-cı illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Rusiya 2036-cı ildən sonra pilotsuz kosmik aparatlarla Venera və Marsın tədqiqini, həmçinin Ay və asteroidlərdə resursların öyrənilməsi və mənimsənilməsi istiqamətində fəaliyyət göstərməyi planlaşdırır.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










