Bakı Limanında “RoboPort” layihəsinin üçüncü sessiyasına start verilib – FOTO

AZCON Holdinqin şirkətlərindən biri olan ADY-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin təşəbbüsü ilə həyata keçirilən “RoboPort” robotika, kodlama və STEAM təlim proqramının üçüncü sessiyasının açılış mərasimi keçirilib. ADY-dən Avtosfer.az-a verilən məlumata görə, layihə məktəblilərin texnologiya və mühəndislik sahələrində bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlib.
Yeni sessiya üzrə seçim mərhələsində Ələt qəsəbəsində yerləşən 5 məktəbdən olan şagirdlər iştirak ediblər. Ümumilikdə proqrama 144 şagird müraciət edib, keçirilən seçim sorğularının nəticələrinə əsasən 24 şagird təlimlərdə iştirak etmək hüququ qazanıb. Seçilmiş iştirakçılar hər qrupda 12 nəfər olmaqla iki qrupa bölünüb və robotika, kodlama və STEAM istiqamətlərini əhatə edən təlimlərə cəlb olunublar.
Qeyd edək ki, kurslar Bakı Limanının korporativ sosial məsuliyyət (KSM) layihəsi çərçivəsində təşkil olunur və iştirakçılar üçün tamamilə ödənişsiz həyata keçirilir. Tədris proqramı 7 moduldan ibarət olmaqla 6 ay davam edəcək və proqramı uğurla başa vuran iştirakçılar sertifikatla təmin olunacaqlar.



Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir










