Dünyanın ən böyük təyyarəsi ilk uçuşunu keçirəcək

Dünyanın ən böyük təyyarəsi olan “Stratolaunch” ilk uçuşunu payızda həyata keçirəcək. Qoşa gövdəsi olan təyyarənin kosmos araşdırmaları üçün xərcləri azaldacağı gözlənilir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Microsoft” şirkətinin banilərindən biri, amerikalı milyarder Pol Allenin rəhbərliyi ilə təyyarə Kaliforniya ştatının Moxave səhrasındakı xüsusi anbarda istehsal edilib. Raket daşıyıcısı buraxmağa qadir olan təyyarənin qanadlarının uzunluğu 117 metr, çəkisi 230 tondur. Hündürlüyü 15 metrə çatan layner 28 təkərdən ibarət şassi ilə təchiz olunub. Texniki parametrləri təyyarənin 250 tonadək yük daşımasına imkan verir. Ənənəvi raket qalxmasına alternativ olan bu texnika peyklərin daşınmasında da istifadə ediləcək. P.Allenin sözlərinə görə, təyyarə kiçik yüklərin kosmosa çıxarılması üçün istifadə olunan üç raketi eyni vaxtda orbitə çıxara bilər. “Stratolaunch”ın ilk uçuşunun payızda keçirilməsi planlaşdırılsa da, təyyarə xidmət göstərməyə 2022-ci ildə başlayacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











